2009-cu ilin mart ayında taxtanın qiyməti 160azn/1 kub, armatur 500azn/1 ton, Qaradağ daşı 0,50azn olub      

Xəbərlər - Qısa

Mart ayında təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/$

 Nesimi bаzаrı 1485
 Şerq bаzаrı 1284
 Teze bаzаr 1489
 Yаsаmаl bаzаrı 1355
 Ахundоv bаğı 2032
 Zоrgе bаğı 1454
 Mаlакаn bаğı 2647
 S.Vurğun bаğı 1831
 Bаdаmdаr qesebesi 1201
 Bаyıl qesebesi 1233 
 Bакıхаnоv qesebesi1087 
 Bileceri qesebesi 1176
 Bine qesebesi 769
 Buzоvnа qesebesi 835
 Vоrоvsкi qesebesi 1619
 Qаrаçuхur qesebesi 1014
 Dernegül qesebesi 894
 Zаbrаt qesebesi  772
 Zığ qesebesi 1129
 Yаsаmаl qesebesi 1292
 Yеni Yаs. qesebesi 892
 Yеni Gün. qesebesi 1044
 20-ci sаhe qesebesi 926
 Кеşle qesebesi 1164
 К.Güneşli qesebesi 962
 Löкbаtаn qesebesi 862
 Mоntin qesebesi 1464
 Müşfiq qesebesi  666
 Resulzаde qesebesi 1201
 Sаbunçu qesebesi 1117
 Sаhil qesebesi  835
 Surахаnı qesebesi 1104
 Хırdаlаn  qesebesi 923
 H Аslаnоv qesebesi 913
 Hövsаn qesebesi  753
 Ehmedli qesebesi 887
 Zооpаrк 1558
 Bакı кinоtеаtrı  893
 Qelebe кinоtеаtrı 1156
 Dоstluq кinоtеаtrı 1363
 Аzerb. кinоtеаtrı 2224
 Nizаmi кinоtеаtrı 2430
 H.Z.Tаğıyеv коmbinаtı 1110
 Nеаpоl dаiresi 967
 Uкrаynа dаiresi  1088
 28 Mаy кüçesi 1830
 А.Nеymet. кüçesi 1476
 Bакıхаnоv  кüçesi 1791
 D.Eliyеvа кüçesi 1482
 Z.Bünyаtоv кüçesi 1113
 Z.Хelilоv кüçesi 1562
 Hesen Eliyеv кüçesi 1304
 Istiqlаliyyet кüçesi 2050
 M.Qаşqаy кüçesi 1364
 M.Hаdi кüçesi 964
 Mеhmаndаrоv кüçesi 972
 N.Tusi кüçesi 917
 Nахçıvаni кüçesi 1306
 Nizаmi кüçesi 2451
 Nizаmi (Tаrqоvı) кüç 2790
 R.Bеhbudоv кüçesi 1934
 S.Vurğun кüçesi  1678
 Tebriz кüçesi 1313
 Füzuli кüçesi 1919
 Хeqаni кüçesi 1997
 Ü.Hаcıbeyоv кüçesi 1546
 Şıхlinsкi кüçesi 1033
 Z.Eliyеvа кüçesi 2057
 C.Hаcıbeyli кüçesi 1741
 E.Eleкberоv кüçesi 1584
 Şerifzаde кüçesi 1259
 20 Yаnvаr mеtrоsu 1349
 28 mаy mеtrоsu1880 
 Bакı Sоvеti mеtrоsu 1954
 Q.Qаrаyеv mеtrоsu 1208
 Еlmler Ак. mеtrоsu 1476
 İnşааtçılаr mеtrоsu 1278
 M.Ecemi mеtrоsu 1298
 Nеftçiler mеtrоsu 1264
 Nizаmi mеtrоsu 1506
 Nerimаnоv mеtrоsu 1474
 Sаhil mеtrоsu 2308
 Х.Dоstluğu mеtrоsu 1087
 Хetаi mеtrоsu 1275
 H.Аslаnоv mеtrоsu 960
 Gencliк mеtrоsu 1521
 Ehmedli mеtrоsu 1006
 1-ci miкrаrаyоn 1122
 2-ci miкrаrаyоn 1095
 3-cü miкrаrаyоn 1188
 4-cü miкrаrаyоn 1215
 5-ci miкrаrаyоn 1173
 6-cı miкrаrаyоn 1105
 7-ci miкrаrаyоn 1133
 8-ci miкrаrаyоn 1309
 9-cu miкrаrаyоn 1082
 Iceri şeher 2152
 Аvrоpа оtеli 1269
 Hyyаt Rеgеnsy оtеli 1331
 АBŞ sefirliyi 1437
 Rusiyа sefirliyi 1458
 Аzаdlıq prоspекti 1388
 Аzerbаycаn prоspекti 2058
 Аtаtürк prоspекti 1420
 Bаbeк prоspекti 1252
 Bül-Bül prоspекti 2318
 Inşааtçılаr  prоspекti 1315
 H.Eliyеv prоspекti 1398
 Metbuаt prоspекti 1261
 Nеftçiler prоspекti 2167
 Nerimаnоv prоspекti 1501
Pаrlаmеnt prоspекti  1975
 Tbilisi prоspекti 1296
 F.Х.Хоysкi prоspекti 1420
 H.Cаvid prоspекti 1560
 Gence prоspекti 981
 Nоbеl prоspекti 866
 А.Sultаnоvа hеyкeli 1363
 К.Mаrкs hеyкeli 1272
 Nerimаnоv hеyкeli 1535
 Ezizbeyоv hеyкeli 1693
 Аviакаssа 1415
 Аznеft 2284
 Bеşmertebe 1940
 MUM 1766
 H.Eliyеv аdınа sаrаy 1670
 Оlimp mаğаzаsı 1481
 Fevvаreler mеydаnı 2582
 5№-li хesteхаnа 1376
 8-ci кm qesebesi 1212
 Cаvаnşir кörpüsü 1427
Nerimаnоv mehкemesi  1391
 Аzdrаmа 1544
 Stаtistiка коmitesi 1556
 Tibb univеrsitеti 1480
 Rаdiоzаvоd 1097
 Хezer univеrmаğı 949

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi haqqında

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) 2003-cü ilin iyul ayında təsis olunmuş və dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İctimai Birlik Azərbaycanda daşınmaz əmlak sahəsində əhatəli və professional fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıdır.

“Əmlak Bazarı İştirakçıları” İctımai Birliyinin fəaliyyət istiqamətlərinə aşağıdakı sahələr daxildir:

  • Əmlak bazarı ilə əlaqədar informasiya, marketinq, treninqlər və məsləhət təminatı;
  • Daşınmaz əmlak bazarının və bununla bağlı iqtisadiyyatın digər sahələrinin potensial imkanlarının araşdırılması;
  • Bazara çıxarılan əmlakın və bağlanan əqdlərin dinamikasının öyrənilməsi;
  • Ərazilər və seqmentlər üzrə qiymətlərin təhlili və proqnozlaşdırılması;
  • Əmlakın gəlirliyinin və likvidlik dərəcəsinin təyini;
  • Regionlar və iqtisadi rayonlar üzrə tələb və təklifin coğrafiyasının analizi;
  • Biznes-planların hazırlanması və texniki-iqtisadi, hüquqi əsaslandırmalar
  • İqtisadiyyatın bütün sahələri (bank, maliyyə, uçot, qiymət, təhlil, tənzimləmə, statistika, qiymətli kağızlar, lizinq, əmlak, və əmtəə bazarı və s.) ilə bağlı təhlil işlərinin aparılması, iqtisadi layihələrin hazırlanması, sorğuların, seminarların keçirilməsi;
  • Daşınmaz əmlakdan istifadəyə dair məsləhətlər verilməsi;
  • Xidmət və keyfiyyət standartlarının təhlili və təkliflərin hazırlanması;
  • Əmlak təhlükəsizliyi, regional inkişaf, ətraf mühitin mühafizəsi və sosial təminat kimi müxtəlif sahələrdə prioritetlərin təmin edilməsi üçün əmlak mülkiyyətçilərinin fəaliyyətinin qurulması dair təkliflərin hazırlanması;

Birliyin əsas məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üzrə, o cümlədən daşınan və daşınmaz əmlak bazarı sahəsində həyata keçirilən islahatları, tətbiq edilən texnologiyaları öyrənmək və onların yayılmasına nail olmaqdır. Həmçinin:

  • Iqtisadiyyatın makro və mikro problemlərini öyrənmək, təhlil etmək və bu sahədə dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübələrə əsaslanaraq problemlərin elmi əsaslarla nəzəri və praktiki həlli yollarını araşdırmaq;
  • bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinin daha da inkişafına, daxili və xarici investorların cəlb edilməsinə kömək göstərmək;
  • regional əmlak bazarlarının inkişaf etdirilməsi üçün qabaqcıl və mütərəqqi ideyaları öyrənmək, yaymaq, mülkiyyətçi təfəkkürünün formalaşması, ekoloji təmiz əmlak yaradılması üçün maarifləndirmə işi aparmaq, elmi, praktiki materialları nəşr etdirmək, peşə standartlarının hazırlanması və xidmətlər göstərilməsi üzrə məsləhətlər vermək;
  • əmlak bazarı iştirakçılarının – kommersiya qurumlarının, rieltorların, bankirlərin , sığortaçıların, qiymətləndiricilərin, brokerlərin, maliyyə məsləhətçilərinin, hüquqşünaslların, memar və arxitektorların, dizaynerlərin, mühəndis konstruktorların, layihəçilərin və s. ayrı-ayrı layihələrdə birgə iştirakı ilə təkliflər hazırlamaq, tədbirlər həyata keçirmək və s. məsələlər də birliyin əsas məqsədlərinə aiddir.

Bundan başqa təşkilatın gördüyü işlərin sırası da çox genişdir. Qurum mütəmadi olaraq mühüm dövlət strukturları, əmlak bazarı və iqtisadiyyatla bağlı olan özəl şirkətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, daşınmaz əmlak bazarı ilə bağlı böyük layihələrin icrasını həyata keçirir. Təşkilatın fəaliyyəti barədə danışarkən aşağıdakıları qeyd etmək lazımdır.

Qiymət indeksinin hesablanması

“ƏBİ” İB “Azeri REİ” qiymət indeksinin hesablanmasını, ictimaiyyətə təqdim olunmasını və daim inkişaf etdirilməsini həyata keçirir. Daşınmaz əmlak bazarında “Azeri REİ” qiymət indeksi daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə hər ay üçün hesablanır.

Kitablar

Təşkilatın daşınmaz əmlak bazarı ilə bağlı bu günə kimi hazırladığı 20 yaxın kitabdan 4 ədədini çapdan çıxarıb oxuculara təqdim edib. Həmin kitablarda Bakı şəhərinin və ümumilikdə Azərbaycanın daşınmaz əmlak bazarı ilə bağlı geniş və əhatəli məlumatlar ictimaiyyətə çatdırılıb. Bu kitablar aşağıdakılardır.

“Əmlak Bazarı Terminləri” lüğəti – 2005

“Daşınmaz Əmlak Bazarı və Rieltor” – 2005

“Azərbaycanın daşınmaz əmlak bazarı: faktlar, təhlillər” - 2006

“Regionların İnkişafı, şimal bölgəsi” – 2007

“Əmlak Bazarı” Jurnalı

Təşkilatın 3 ildir ki, fasiləsiz olaraq yüksək tirajla aylıq mətbu orqanı olan – “Əmlak Bazarı” jurnalı çap olunur. Jurnalda yerli və xarici ölkələrin daşınmaz əmlak bazarı, eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələri ilə baglı məlumatlar, müsahibələr, təhlil və şərhlər dərc olunur. Hər ay daşınmaz əmlak bazarının iştirakçıları olan banklar, sığorta təşkılatları, tikinti şirkətləri, rieltor xidmətləri, qiymətləndərmə təşkilatları və bu istiqamətdə çalışan dövlət təşkilatları aktual mövzularla jurnalda çıxışlar edirlər.

Bülletenlər

Aylıq bülletenlər, rüblük, yarımillik və illik məcmuələri də təşkəlatın nəşrləri sırasında saymaq olar. Bu bülleten və məcmuələrdə daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə bazarın ümumi tendensiyası və dinamikası araşdırılır və əks olunur. Bundan başqa təşkəlatın hər ay 100-lərlə buklet və broşurları çap olunur və paylanılır.

KİV-lərdə çıxışlar

Qurumun ekspertləri mütəmadi olaraq daşınmaz əmlak bazarındakı mövcud vəziyyətlə bağlı KİV - lər vasitəsilə ictimaiyyəti məlumatlandırırlar. KİV - də aparılan monitorinqlər də göstərir ki, hazırda ölkədə daşınmaz əmlak bazarı ilə bağlı KİV - in ən çox müraciət etdiyi təşkilat “ƏBİ”-dir.

Yerli və Beynəlxalq tədbirlər

“ƏBİ” İB yerli tədbirlərlə yanaşı beynəlxalq konfranslar da təşkil edir və həmçinin beynəlxalq konfranslarda iştirak edir. 2008-ci ilin mart ayında “ƏBİ” - nin təşkilatçılığı ilə “Ambassador” otelində bazar iştirakçıları üçün təşkil olunmuş 3 günlük seminarda ABŞ-ın Beynəlxalq Mülkiyyət Fondunun əlaqələndiricisi xanım PeggyAnn McConnochie ABŞ-ın daşınmaz əmlak bazarı, Akyaska təcrübəsi barədə tədbir içtirakçılarına mühazirələr oxuyub, məlumatlar verib. 3 gün davam edən seminarda ölkəmizdə fəaliyyət göstərən Rieltor təşkilatlarının, tikinti şirkətlərinin, bir sıra ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bundan başqa təşkilatın 2007-ci ilin yekunlarına dair tikinti şirkətləri arasında keçirdiyi müsabiqə respublikada bu zamana qədər sırf tikinti şirkətləri arasında təşkil olunmuş ilk müsabiqə kimi daşınmaz əmlak bazarında çox uğurla qarşılanıb. Tədbirin yekunlarına dair təqdimat mərasimi Park-İnn otelində təşkil olunub və mərasim 5 televiziya daxil olmaqla 30-a yaxın KİV - də ictimaiyyətə təqdim olunub.

Layihələr

Bu günə kimi bir sıra uğurlu layihələrin icrasında iştirak edən “ƏBİ” İB daşınmaz əmlak bazarı ilə bağlı olan bütün layihələrin icrasına hazırdır və təşkilatın kadr potensialı, bu istiqamətdəki təcrübəsi ən mürəkkəb layihələrdə belə “ƏBİ” İB-ə uğur qazanmağa imkan verir. Qeyd edək ki, artıq ardıcıl olaraq 3 ildir ki, “ƏBİ” İB İqtisadi İnkişaf Nazirliyinin hər biri 7-10 aylıq bir dövrü əhatə edən 3 böyük layihəsini icra edib. Qeyd edim ki, layihələrin ikisi “Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrdir.

“ƏBİ” İB-nin ilk layihəsi - “Azərbaycan Respublikasında daşınmaz əmlak bazarı, yaranmış imkanlar və perspektivlərin öyrənilməsi” layihəsi çox geniş bir layihə olmuş və 10 aylıq bir dövrü əhatə etmişdir.

İkinci layihəsi – Regionların İnkişafı proqramı çərçivəsində Şimal bölgəsi layihəsi 2007-ci ilin sonunda başa çatmışdır.

Üçüncü layihədi isə – “Regionlarda tikinti materiallarının istehsal potensialı və qiymət meyllərinin öyrənilməsi” layihəsinə isə iyun ayının 1-dən start verilib, layihə ugurla davam etdirilir və 2008-ci ilin sonunda başa çatacaq.

Bundan başqa təşkilat Bakı Banklararası Valyuta Birjası ilə birgə Daşınmaz Əmlak Bazarının araşdırılması layihəsini də 3 ildən artıqdir ki, icra edir. Eyni zamanda qurum 10-dan artıq dıgər layihələrin icrasında iştirak edib və bütün layihələr donor təşkilatlar tərəfindən müsbət qəbul olunub.

O cümlədən, “ƏBİ” İB daşınmaz əmlakla bilavasitə bağlı olan müxtəlif dövlət qurumları ilə ən müxtəlif zamanlarda əməkdaşlıq edib və bu münasibətlər bu gün də davam etməkdədir.

İki ilə yaxındır ki, “ƏBİ” İB-lə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) arasında qarşılıqlı əməkdaşlıq münasibətləri yüksək formada davam edir və bu münasibətlər getdikcə dərinləşməkdədir. Birliyin mətbu orqanı olan “Əmlak Bazarı” jurnalının əmakdaşları ardıcıl olaraq hər ay xidmətin Ərazi İdarələrindən birində ezamiyyətdə olur, vətəndaşlara göstərilən xidmətin səviyyəsi, Ərazi İdarələrində aparılan qeydiyyatlar, əmlakın dövlət qeydiyyatına alınmasının müsbət tərəfləri və s. barədə məlumatları jurnal vasitəsilə ictimaiyyətə çatdırırlar. Aparılan araşdırmalar göstərir ki, “Əmlak Bazarı” jurnalının bu fəaliyyəti bütövlükdə İctimaiyyəti Məlumatlandırma Kompaniyasının tərkib hissəsidir. Biz “ƏBİ” İB olaraq bu fəaliyyət istiqamətlərinin regionlarda treninqlərin, dəyirmi masaların, konfransların, əmlak sahibləri ilə qrup və fərdi müzakirələrin təşkil olunmasına qədər maraqlıyıq. Birliyin ekspertləri mütəmadi olaraq televiziya və mətbuatda daşınmaz əmlak bazarında baş verən prosesləri analiz edir, bu mövzuya dair müxtəlif çıxışlar edirlər. Eyni zamanda bazarın bütün seqmentləri üzrə birliyin monitorinq qrupu tərəfindən aparılan araşdırmalar üzrə aylıq hesabatlar, rüblük, yarımillik və illik məcmuələr KİV vasitəsilə ictimaiyyətə çatdırılır.

Bütün bunları nəzərə alaraq “ƏBİ” İB İctimaiyyəti Məlumatlandırma Kompaniyasında öz imkanlarını və maraqlarını ifadə etmək üçün xidmətlərini təklif edir. Təşkilat özünü bu layihədə iştiraka tam hazır sayır və layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin icrasına tam hazırdır.

 
Gif версия нашего баннера
Banner