|
21.10.2008 11:44 |
|
«İNŞAAT - 2010» KATALOQU Azərbaycanın əmlak, xüsusilə də daşınmaz əmlak bazarının araşdırılmasını həyata keçirən yeganə təşkilat olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi yeni layihələri ilə fəaliyyət istiqamətlərini genişləndirməkdə davam edir. Əmlak bazarının inkişaf meylləri və Azərbaycanın əmlak bazarının bütün seqmentlərinə aid tədqiqatlar üzrə məsləhət xidmətləri göstərən, habelə əmlakla bağlı maarfləndirmə, təlim və tədris tədbirlərini həyata keçirən Birlik “Əmlak Bazarı Terminləri” (2005-ci il), “Daşınmaz Əmlak Bazarı və Rieltor” (2005-ci il), “Azərbaycanın Daşınmaz Əmlak Bazarı: Faktlar, Təhlillər” (2006-ci il), “Regionların İnkişafı: Şimal Regionu” (2007-ci il) kitabları ilə yanaşı, 2006-cı ildən aylıq mətbu orqanı olan “Əmlak Bazarı” jurnalını nəşr edir. Azərbaycanda ilk dəfə tikinti şirkətləri arasında müsabiqə təşkil edən və “Qızıl Qala” mükafatı təsis edən Birlik daha bir yeni layihəsini əmlak bazarı iştirakçılarına təqdim edib. «İNŞAAT - 2010» adlı KATALOQ Azərbaycanda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkətinin tikinti layihələrini (binalar, biznes mərkəzlər, otellər və s.) və onlar haqqındakı məlumatları (layihənin şəkli, daxili planlaşdırması, xəritədə yeri və əlaqə vasitələri) özündə əks etdirir. Kataloq ilkin olaraq 3000 tirajla dərc edilib. “İnşaat-2010” kataloqu 21-24 oktyabr tarixində H.Əliyev adına İdman və Sərgi Kompleksində keçirilən “Baku Build” 15-ci Yubiley İnşaat Sərgisində nümayiş etdirilərək iştirakçılara və ziyarətçilərə təqdim edilib. Geniş ictimaiyyətin istifadə etməsi üçün bütün şəhər üzrə Kataloqun satışı təşkil edilib. Birbaşa sifariş etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündür: Tel: (012) 510 81 96 (012) 510 98 61 (055) 604 47 67
|