Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Mart ayında avtomobil bazarında qeydə alınan nisbi aktivlik qiymətlərə təsir göstərməyib
21.04.2009 09:58

Maşın almaq istəyənlərin sayı bir qədər artıb
Mart ayında təkrar avtomobil bazarında nisbi aktivlik qeydə alınıb ki, ekspertlər bunu mövsümi amillərlə bağlayırlar. Ötən ay təklif üzrə artım 4,9% təşkil edib. Təklifin artması ilə yanaşı, tələb də cüzi artmışdır (1,2%).

Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da ötən ayla müqayisədə artım qeydə alınıb ki, bu bağlanan əqdlərin dinamikasının artmasına az da olsa, təsir göstərmişdir (2,7%).  Ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və 16240 ABŞ dollarına bərabər olub.
Bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını ala bilməyib. Mart ayında ekspozisiya müddəti daha 4 gün artaraq 89 günə catıb. Müvafiq olaraq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi isə aşağı düşüb.
Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 6900-ə qədər avtomobilin cəmi 30%-i bazara məhz mart ayı ərzində təklif olunub. Qalan 70%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını alıb və dünyada baş verən maliyyə böhranının avtomobil istehsalcılarına mənfi təsiri martda qiymətlərin bir qədər də ucuzlaşmasına təsir göstərib. Amma bu proses ölkəmizin ilkin avtomobil bazarında müşahidə olunmayıb. Bazarın bu seqmenti üzrə də qiymətlər stabil qalmışdır.
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-1999-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı, ili yeni olan avtomobillərə olan marağın artması təklifdə də ili yeni olan avtomobillərin coxalması ilə müşahidə olunur. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə kecəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2008-ci illəri əhatə edib.

 
Banner
Gif версия нашего баннера