|
21.10.2008 11:44 |
|
«ƏMLAK BAZARI» jurnalı 69-cu say- xüsusi buraxılış Azərbaycanın əmlak, xüsusilə də daşınmaz əmlak bazarının araşdırılmasını həyata keçirən yeganə təşkilat olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi yeni layihələri ilə fəaliyyət istiqamətlərini genişləndirməkdə davam edir. Əmlak bazarının inkişaf meylləri və Azərbaycanın əmlak bazarının bütün seqmentlərinə aid tədqiqatlar üzrə məsləhət xidmətləri göstərən, habelə əmlakla bağlı maarfləndirmə, təlim və tədris tədbirlərini həyata keçirən Birlik “Əmlak Bazarı Terminləri” (2005-ci il), “Daşınmaz Əmlak Bazarı və Rieltor” (2005-ci il), “Azərbaycanın Daşınmaz Əmlak Bazarı: Faktlar, Təhlillər” (2006-ci il), “Regionların İnkişafı: Şimal Regionu” (2007-ci il) kitabları, "İNŞAAT-2010" kataloqu ilə yanaşı, 2006-cı ildən aylıq mətbu orqanı olan “Əmlak Bazarı” jurnalını nəşr edir. Azərbaycanda ilk dəfə tikinti şirkətləri arasında müsabiqə təşkil edən və “Qızıl Qala” mükafatı təsis edən Birlik daha bir yeni layihəsini əmlak bazarı iştirakçılarına təqdim edib. "Əmlak Bazarı" jurnalının 69-cu sayı xüsusi buraxılış olaraq mənzil interyeri layihələrinə həsr edilib. Jurnalın bu sayında paytaxtımızda fəaliyyət göstərən nüfuzlu interyer şirkətlərinin layihələri təqdim edilib. Jurnal ilkin olaraq 2500 tirajla dərc edilib. “Xüsusi buraxılış” 19-22 oktyabr tarixində Baku Expo mərkəzində keçiriləcək “Baku Build” İnşaat Sərgisində nümayiş etdirilərək iştirakçılara və ziyarətçilərə paylanılacaq. Geniş ictimaiyyətin istifadə etməsi üçün bütün şəhər üzrə jurnalın satışı təşkil edilib. (Qiyməti 4 azn) Birbaşa sifariş etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündür: Tel: (012) 510 81 96 (012) 510 98 61 (055) 751 37 37
|