"Əmlak Bazarı" jurnalının xüsusi buraxılışı olan 69-cu sayı - mənzil interyeri layihələri artıq satışda....      

Xəbərlər - Qısa

Oktyabr ayı üzrə təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/$
Nəsimi bazarı1366
Şərq bazarı1162
Təzə bazar1373
Yasamal bazarı1249
Axundov bağı1865
Zоrgе bаğı1344
Mаlакаn bаğı 2473
S.Vurğun bаğı 1701
Bаdаmdаr qəsəbəsi 1114
Bаyıl qəsəbəsi1104
Bакıхаnоv qəsəbəsi 987
Biləcəri qəsəbəsi 1058
Binə qəsəbəsi 707
Buzоvnа qəsəbəsi 771
Vоrоvsкi qəsəbəsi 1514
Qаrаçuхur qəsəbəsi 940
Dərnəgül qəsəbəsi 818
Zаbrаt qəsəbəsi 698 
Zığ qəsəbəsi 987
Yаsаmаl qəsəbəsi1148
Yеni Yаs. qəsəbəsi 788
Yеni Gün. qəsəbəsi 943 
20-ci sаhə qəsəbəsi 852
Кeşlə qəsəbəsi 1060
К.Günəşli qəsəbəsi 990
Löкbаtаn qəsəbəsi 788
Mоntin qəsəbəsi 1349
Müşfiq qəsəbəsi 611
Rəsulzаdə qəsəbəsi 1100
Sаbunçu qəsəbəsi 997
Sаhil qəsəbəsi 783
Surахаnı qəsəbəsi 995
Хırdаlаn  qəsəbəsi 844
H Аslаnоv qəsəbəsi 830
Hövsаn qəsəbəsi 794
Əhmədli qəsəbəsi 839
Zооpаrк 1440
Bакı кinоtеаtrı 921
Qələbə кinоtеаtrı 1062
Dоstluq кinоtеаtrı 1264
Аzərb. Кinоtеаtrı 2300
Nizаmi кinоtеаtrı 2157
H.Z.Tаğıyеv коmb. 1016
Nеаpоl dаirəsi 900
Uкrаynа dаirəsi 1007
28 Mаy кüçəsi 1691
А.Nеymet. кüçəsi 1328
Bакıхаnоv  кüçəsi 1562
D.Eliyеvа кüçəsi 1391
Z.Bünyаtоv кüçəsi 1033
Z.Хəlilоv кüçəsi 1435
Həsən Əliyеv кüçəsi 1222
Istiqlаliyyet кüçəsi 1937
M.Qаşqаy кüçəsi 1255
M.Hаdi кüçəsi 878
Mеhmаndаrоv кüçəsi 880
N.Tusi кüçəsi 862
Nахçıvаni кüçəsi 1217
Nizаmi кüçəsi 2276
Nizаmi (Tаrqоvı) кüç 2522
R.Bеhbudоv кüçəsi 1817
S.Vurğun кüçəsi 1573
Təbriz кüçəsi 1231
Füzuli кüçəsi 1790
Хaqаni кüçəsi 1964
Ü.Hаcıbəyоv кüçəsi 1451
Şıхlinsкi кüçəsi 960
Z.Əliyеvа кüçəsi 1940
C.Hаcıbəyli кüçəsi 1601
E.Ələкbərоv кüçəsi 1548
Şərifzаdə кüçəsi 1165
20 Yаnvаr mеtrоsu 1282
28 mаy mеtrоsu 1765
Içərişəhər mеtrоsu 1852
Q.Qаrаyеv mеtrоsu 1137
Еlmler Ак. mеtrоsu 1370
İnşааtçılаr mеtrоsu 1202
M.Əcəmi mеtrоsu 1214
Nеftçilər mеtrоsu 1195
Nizаmi mеtrоsu 1464
Nərimаnоv mеtrоsu 1441
Sаhil mеtrоsu 2235
Х.Dоstluğu mеtrоsu 1029
 Хətаi mеtrоsu 1203
 H.Аslаnоv mеtrоsu 920
Gəncliк mеtrоsu 1465
Əhmədli mеtrоsu 1441
1-ci miкrorаyоn 1045
2-ci miкrorаyоn 1011
3-cü miкrorаyоn 1106
4-cü miкrorаyоn 1125
5-ci miкrorаyоn 1081
6-cı miкrorаyоn 1015
7-ci miкrorаyоn 1034
8-ci miкrorаyоn 1223
9-cu miкrorаyоn 1016
İçəri şəhər 2030
Аvrоpа оtеli 1241
Hyyаt Rеgеnsy оtеli 1275
АBŞ səfirliyi 1353
Rusiyа səfirliyi 1400
Аzаdlıq prоspекti 1320
Аzərbаycаn prоspекti 2011
Аtаtürк prоspекti 1353
Bаbəк prоspекti 1160
Bül-Bül prоspекti 2164
Inşааtçılаr  prоspекti 1343
H.Əliyеv prоspекti 1300
Mətbuаt prоspекti 1150
Nеftçilər prоspекti 2033
Nərimаnоv prоspекti 1381
Pаrlаmеnt prоspекti 1853
Tbilisi prоspекti 1200
F.Х.Хоysкi prоspекti 1295
H.Cаvid prоspекti 1445
Gəncə prоspекti 895
Nоbеl prоspекti 790
А.Sultаnоvа hеyкəli 1256
К.Mаrкs hеyкəli 1183
Nərimаnоv hеyкəli 1432
Əzizbəyоv hеyкəli 1549
Аviакаssа 1320
Аznеft 2154
Bеşmərtəbə 1828
MUM 1855
H.Əliyеv аdınа sаrаy 1563
Оlimp mаğаzаsı 1371
Fəvvаrələr mеydаnı 2460
5№-li хəstəхаnа 1280
8-ci кm qəsəbəsi 1113
Cаvаnşir кörpüsü 1322
Nərimаnоv məhkəməsi 1292
Аzdrаmа 1711
Stаtistiка коmitəsi 1450
Tibb univеrsitеti 1364
Rаdiоzаvоd 987
Хəzər univеrmаğı 882
  

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

Mənzil alarkən məlumatı hansı mənbədən almağa üstünlük verirsiniz?
 

Arxiv

Şimal Bölgəsi
31.08.2008 16:11

Respublikanın iqtisadi potensialının artırılması və stabil sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətlərindən biri də regionlarda olan mövcud potensialın üzə çıxarılaraq istifadə edilməsidir. Bu baxımdan regionun əmək ehtiyatları və onların stabil və daimi iş yerləri ilə tə min olunması xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün əmək ehtiyatlarının peşə, təhsil, ixtisas, yaş tərkibinin, ərazidə yerləşməsinin öyrənilməsi və onlardan səmərəli istifadə edilməsi daim diqqət mərkəzində olmalıdır. Hazırda bu sahədə mövcud olan problemlərin elmi cəhətdən kompleks şəkildə öyrənilməsi, ölkədə, xüsusilə də regionlarda olan əmək ehtiyatlarının işlə təmin edilməsi yollarının tapılması xüsusi ilə vacibdir.

Azərbaycan Respublikası prezidentinin «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nın (2004-2008-ci illər) təsdiq edilməsi barədə 11 fevral 2004-cü ildə imzaladığı fərman bu istiqamətdə mühüm addımdır. Bu proqramın hazırlanmasında əsas məqsəd kompleks sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi, regionlarda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin istehsala cəlb edilməsi, yerlərdə həyat səviyyəsinin yüksəldilməsi və s. ibarətdir. Dövlət Proqramı ölkə də tarazlı və davamlı inkişafın təmin edilməsinə, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun tam yeniləşməsinə, yeni istehsal müəssisələrinin, iş yerlərinin açılmasına, şəhərlərə bölgələrdən insan axınının qarşısını almağa xidmət edir. Son üç il yarım ərzində bu proqramın gerçəkləşməsi istiqamətində atılan kompleks addımlar da məhz sosial və iqtisadi inkişafın gerçəkləşməsinə səbəb olmuşdur. Bu proqram həm də nəqliyyat-kommunikasiya sisteminin bərpasını, habelə elmi-texniki tərəqqini, mədəni yüksəlişi, müasir texnologiyaların tətbiqini nəzərdə tutur. Sözügedən proqram çərçivəsində qazanılan nailiyyətlər görülən işlərin hədər getməməsindən xəbər verir. Görülən işlərin təhlili, statistik rəqəmlər, yerli və xarici ekspertlərin fikirləri göstərir ki, çox qısa zaman kəsiyində iqtisadi sferada irəliyə doğru çox böyük addımlar atılıb. Azərbaycan iqtisadiyyatı çox uğurla və sürətlə inkişaf edir, iqtisadi artım sürəti ən yüksək səviyyədədir. Məsələn, Azərbaycan ötən illərdə iqtisadi inkişaf baxımından dünyada lider dövlət səviyyəsinə qalxmışdır. Son 3 il ərzində ümumi daxili məhsulun orta illik artımı 20 faizdən yuxarı olması da sonrakı 3 ildə bu liderliyin qorunub saxlanacağını söyləməyə əsas verir. Digər müsbət məqamlardan biri də son 3 il də sənaye istehsalı artımının 41 faiz olmasıdır. Eyni zamanda, neft sektorunda əsas mərhələlərin arxada qalmasına baxmayaraq, Azərbaycana qoyulan sərmayələr də artır. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına təxminən 7 milyard dollara yaxın sərmayə qoyulub və bu da öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycan investorlar tərəfindən cəlbedici ölkə kimi tanınmaqdadır. Ümumiyyətlə, son illərdə iqtisadi sferada qazanılan bütün nailiyyətlər göstərir ki, Azərbaycanda

aparılan iqtisadisiyatı olduqca dəqiq strateji xəttə əsaslanır. Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi də həyata keçirilən iqtisadi siyasətin öncül istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Bazar iqtisadiyyatına keçid yolunda aparılan islahatların sosial yönümlülüyünün təmin olunmasına, əhalinin sosial təlabatının yerinə yetirilməsinə iqtisadi islahatların başlıca vəzifəsi kimi baxılıb. Ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdən əldə edilən müsbət nəticələr dövlətin sosial siyasətinin daha da gücləndirilməsinə şərait yaradıb. Son illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının, az təminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Təkcə 2007-ci ilin yanvar-dekabr aylarında orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz artaraq 214 manat olub. 2007-ci il ərzində ölkə əhalisinin əldə etdiyi gəlirlər ötən ilə nisbətən 40,3 faiz artaraq 14,3 milyard manata çatmışdır. 2007-ci ildən əmək pensiyalarının baza hissəsi 50 manata çatdırılıb. Gələn il yanvarın 1-dən isə 60 manat olacaq. Minimum əməkhaqlarının da artımı gözlənilir. İlk dəfə olaraq Dövlət büdcəsi qəbul olunarkən yaşayış minimumu rəqəmlərlə təsdiq ediləcəkdir ki, bu da 64 ma nat həcmində olacaq. 2007-ci ilin Dövlət büdcəsindən sosial məqsədlər üçün təxminən 40 faiz vəsaitin ayrılması nəzərdə tutulub. Bu rəqəm ötən ildəki qədər olsa da, həcm etibarilə fərqli olacaq. Odur ki, gələn ilin Dövlət büdcəsini sıçrayışlı inkişaf, investisiya tutumlu, sosial yönümlü adlandırmaq olar. Sürətli iqtisadi inkişaf və maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmaqla bərabər, dövlətin digər istiqamətlərdə də sosial siyasətinin güclənməsinə səbəb olmuşdur. Son illərdə Dövlət büdcəsi gəlirlərinin artması səhiyyə, təhsil xərclərinin artırılmasına əsaslı təsir etmişdir. Sərbəst bazar iqtisadiyyatın inkişafında sahibkarlığın rolu barədə əsaslı konsepsiya irəli sürülüb. Cəmiyyətdə orta təbəqənin formalaşması, sahibkarların fəaliyyətinin artırılması məqsədilə bu sahəyə aid maliyyə-kredit, vergi və gömrük rıçaqlarının təkmilləşdirilməsi bu illər ərzində mühüm diqqətə malik olmuşdur. Qəbul olunmuş dövlət proqramları, özəl sek tora, iş adamları na ve rilən dəstək 2003-cü ildən sonrakı dövrdə çoxsaylı müəssisələrin yaradılmasına, yeni iş yerlərinin açılmasına, Azərbaycanın mərkəzi və əyalətləri arasında tarazlı inkişafın təmin olunmasına, ölkəmizin geniş tikinti, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi Regionların inkişafı – Şimal bölgəsi abadlıq meydanına çevrilməsinə imkan yaradıb. Xüsusilə, qey ri-neft sektorunda canlanma meylləri özünü büruzə verməyə başlayıb. Görülən işlərin səmərəli nəticəsi kimi son illərdə hasilat sənayesi ilə yanaşı, emal sənayesi də xeyli inkişaf edib. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox məhsulların müəyyən qisminin artıq Azərbaycanda istehsalı başlanıb. Daxili bazarın zənginləşməsinə, idxaldan asılılığın tədricən aradan qalxmasına şərait yaranıb. Bütün bunlar digər mütərəqqi cəhətləri ilə bərabər, sənaye istehsalında işgüzar fəallığın artmasına, xüsusilə də, kiçik sahibkarlığın inkişafına güclü təkan verib. Həyata keçirilən tədbirlər hesabına Azərbaycan dövləti bu gün iqtisadi inkişaf tempinə, sənaye məhsulunun istehsalı həcminə görə bütün dünyada rekord göstəricilərə sahib olmuş, ölkənin sosial-iqtisadi həyatında özünü göstərən inkişaf meylləri, regionda reallaşan bir sıra qlobal layihələrdə əsas tərəf kimi iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu daha da güc ləndirmiş, respublikanı regionun əsas söz sahibinə çevirmiş, müstəqil dövlətin müdafiə potensialı artmışdır. Azərbaycanın Dövlət büdcəsinin 2003-cü illə müqayisədə 4 dəfədən də çox artması ölkənin bu 4 il də əldə etdiyi iqtisadi uğurların ən parlaq göstəricisidir. Dövlətin iqtisadi imkanlarının artması hesabına ölkəmizdə yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və bərpası, Azərbaycanda informasiyalı cəmiyyətin formalaşması, vətəndaşlarımızın mədəni-intellektual səviyyəsinin yüksəlməsi, mədəniyyətin inkişafı üçün hökumət məqsədyönlü proqramlar həyata keçirir.

Bu gün Azərbaycanda mövcud olan iqtisadi potensialın insan rifahının yaxşılaşdırılmasına yönəldilməsi hökumət qarşısında müəyyənləşdirilən əsas prioritetdir. Bu məqsədin həyata keçirilməsində irəli sürülən faydalı təşəbbüslər, məqsədyönlü proqramlar hesabına təhsilin inkişafı ölkədə ictimai mədəni hərəkata çevrilmiş, respublikada məktəb tikintisi geniş vüsət almışdır. Təhsil müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması, təhsil sisteminin yeni tələblərə uyğun qurulması, gənc nəslin tərbiyəsi işinin ən aktual məsələ kimi gündəmdə saxlanması müstəqil dövlətimizin parlaq gələcəyini təmin edən çox ciddi amildir. Sürətli sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutan bütün məsələlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaşları narahat edən bəzi sosial problemlərin vaxtında həlli, insanlara həssas münasibət ən əsas vəzifələrdən olmuşdur. Bu gün Azərbaycan sürətlə inkişaf edir və əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılmışdır. Həyata keçirilən əməkhaqqı islahatları, pensiya təminatı sahəsində apa rılan ciddi tədbirlər, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən kompleks işlər və nəzərdə tutulan geniş proqramlar və s. – bunlar hamısı cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş addımlardır.

 
Banner