Jurnal haqqindaArtıq üç ilə yaxındır sosial-iqtisadi sahədə fəaliyyət göstərməklə nəşr olunan «Əmlak Bazarı» jurnalı Azərbaycanda əmlak bazarının bir çox seqmentlərini, xüsusilə də daşınmaz əmlak, avtomobil və tikinti materialları bazarının araşdırılmasını həyata keçirən və respublikada bu sahədə fəaliyyət göstərən yeganə təşkilat olan «Əmlak Bazarı Iştirakçıları» Ictimai Birliyinin mətbu orqanıdır. Jurnal sözügedən sahədə informasiya təminatını həyata keçirmək, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini gücləndirmək məqsədilə əmlak bazarında baş verən prosesləri gündəmə gətirir, bu sahənin iştirakçısı olan müxtəlif mənbələrlə- dövlət və özəl sektoru əhatə edən təşkilatlarla qarşılıqlı əlaqələr quraraq əməkdaşlıq edir, onların fəaliyyətinin məqsədlərini yaymağa çalışır. Jurnalda yerli və xarici ölkələrin daşınmaz əmlak bazarı, eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələri ilə baglı məlumatlar, müsahibələr, təhlil və şərhlər dərc olunur. Hər ay daşınmaz əmlak bazarının iştirakçıları olan banklar, sığorta təşkılatları, tikinti şirkətləri, rieltor xidmətləri, qiymətləndərmə təşkilatları və bu istiqamətdə çalışan dövlət təşkilatları aktual mövzularla jurnalda çıxışlar edirlər. Qeyd edək ki, «Əmlak Bazarı Iştirakçıları» Ictimai Birliyi araşdırmaları nəticəsində əldə olunan informasiya eksklüziv xarakter daşıdığından dövlət qurumları da daxil olmaqla, daşınmaz əmlak bazarının iştirakçısı olan digər təşkilatlar da bizimlə yaxından əməkdaşlıq edirlər. Eyni zamanda biz də həm təşkilat, həm də jurnal olaraq yuxarıda qeyd etdiyimiz sahədə, xüsusilə də daşınmaz əmlak bazarında hər hansı formada iştirak edən təşkilatların fəaliyyətini izləyir, onlarla əməkdaşlıq əlaqələri qururuq. |
|
|
Bazar Araşdırmaları
| Təkrar Bazar |
| İlkin Bazar |
| Torpaq Bazarı |
| Qeyri Yaşayış Sahələri |
| Tikinti Materialları Bazarı |
| Avtomobil Bazarı |
| İcarə-kirayə bazarı |
Xəbərlər - Qısa
Sorğu
Arxiv
"Əmlak Bazari" jurnalı
