|
Oktyabrda yeni mənzillərin orta satış qiyməti 1 manat artıb 2009-cu ilin oktyabr ayının sonuna Bakı şəhəri üzrə “ƏBİ” İB tərəfindən qeydə alınmış, satışı davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 456 ədədə qarşı 453 ədəd olub. Ay ərzində 7 binada satış tamamlandığı üçün tikintisi aparılan binaların siyahısından çıxarılmışdır. Beləliklə ay ərzində ümumi tikinti portfelində rayonların payı aşağıdakı şəkildə olub.
Yuxarıda qeyd edilən 453 binanın inşası 159 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay 476 binanın tikintisi 161 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 64.0% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməmişdir. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti sentyabr ayı ilə müqayisədə oktyabr ayı ərzində nisbi - 0,1% artaraq 956 $/kv.metrdən 957 $/kv.metrə qalxıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 0.3 bənd artaraq 363,2 bəndində qərarlaşıb. Qiymət artımı qiyməti nisbətən ucuz olan binalarda qeydə alınmışdır. Qiymət artımının əsas səbəbi kimi isə monitorinq qrupunun siyahısına daxil olan binaların əksəriyyətində tikinti işlərinin başa çatmasıdır. Bundan başqa nisbi artıma mövsümi amillərin də müəyyən təsirləri var. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı 121,8 kvadrat metrə qarşı 122,2 kvadrat metr olmuşdur. Keçən ilin müvafiq dövründə bu rəqəm 120,2 kvadrat metrə bərabər idi. Keçən ilki rəqəmlə müqayisədə bu 1,7 faiz artım deməkdir. Orta mərtəbə göstərisi keçən aydakı 14,9 qarşı hesabat ayı ərzində 15,1 mçərtəbə təşkil etmişdir. Orta blok göstəricisi isə kesən aydakı kimi 2,4 blok olmuşdur, Keçən ilin müvafiq dövründə isə bu rəqəmlər müvafiq olaraq 15,1mərtəbə və 2,3 blok təşkil edirdi. Sentyabr ayı ilə müqayisədə oktyabrda qiymət artımı yalnız Səbail rayonu üzrə (1.3%) qeydə alınıb. Azalma isə Nizami rayonunda 0,2%, Nərimanov rayonu üzrə 1.9% qeydə alınmışdır. Qalan rayonlarda isə qiymətlər stabil qalmışdır. Oktyabrda da, sentyabrda olduğu kimi kəskin passiv tendensiya davam etmişdir. Yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir. 5 otaqlı mənzillər əsasən şəhərin 1 zonasında üstünlük təşkil edir. 1 otaqlı mənzillər isə daha çox 3- cü zonanın payına düşür. Bu ay, 3 və 4 otaqlı mənzillər üzrə orta sahə göstəricisinin artması müşahidə edilmişdir, 5 otaqlı mənzillər üzrə isə azalma qeydə alınmışdır, bir otaqlı mənzillər üzrə orta sahə göstəricisi dəyişməz qalmışdır. Araşdırmalar göstərir ki, ilkin bazarda qiymətlər 2007-ci ilin aprel ayında qeydə alınmış nəticədən aşağı olaraq qalır.
|