"Əmlak Bazarı" jurnalının xüsusi buraxılışı olan 69-cu sayı - mənzil interyeri layihələri artıq satışda....      

Xəbərlər - Qısa

Oktyabr ayı üzrə təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/$
Nəsimi bazarı1366
Şərq bazarı1162
Təzə bazar1373
Yasamal bazarı1249
Axundov bağı1865
Zоrgе bаğı1344
Mаlакаn bаğı 2473
S.Vurğun bаğı 1701
Bаdаmdаr qəsəbəsi 1114
Bаyıl qəsəbəsi1104
Bакıхаnоv qəsəbəsi 987
Biləcəri qəsəbəsi 1058
Binə qəsəbəsi 707
Buzоvnа qəsəbəsi 771
Vоrоvsкi qəsəbəsi 1514
Qаrаçuхur qəsəbəsi 940
Dərnəgül qəsəbəsi 818
Zаbrаt qəsəbəsi 698 
Zığ qəsəbəsi 987
Yаsаmаl qəsəbəsi1148
Yеni Yаs. qəsəbəsi 788
Yеni Gün. qəsəbəsi 943 
20-ci sаhə qəsəbəsi 852
Кeşlə qəsəbəsi 1060
К.Günəşli qəsəbəsi 990
Löкbаtаn qəsəbəsi 788
Mоntin qəsəbəsi 1349
Müşfiq qəsəbəsi 611
Rəsulzаdə qəsəbəsi 1100
Sаbunçu qəsəbəsi 997
Sаhil qəsəbəsi 783
Surахаnı qəsəbəsi 995
Хırdаlаn  qəsəbəsi 844
H Аslаnоv qəsəbəsi 830
Hövsаn qəsəbəsi 794
Əhmədli qəsəbəsi 839
Zооpаrк 1440
Bакı кinоtеаtrı 921
Qələbə кinоtеаtrı 1062
Dоstluq кinоtеаtrı 1264
Аzərb. Кinоtеаtrı 2300
Nizаmi кinоtеаtrı 2157
H.Z.Tаğıyеv коmb. 1016
Nеаpоl dаirəsi 900
Uкrаynа dаirəsi 1007
28 Mаy кüçəsi 1691
А.Nеymet. кüçəsi 1328
Bакıхаnоv  кüçəsi 1562
D.Eliyеvа кüçəsi 1391
Z.Bünyаtоv кüçəsi 1033
Z.Хəlilоv кüçəsi 1435
Həsən Əliyеv кüçəsi 1222
Istiqlаliyyet кüçəsi 1937
M.Qаşqаy кüçəsi 1255
M.Hаdi кüçəsi 878
Mеhmаndаrоv кüçəsi 880
N.Tusi кüçəsi 862
Nахçıvаni кüçəsi 1217
Nizаmi кüçəsi 2276
Nizаmi (Tаrqоvı) кüç 2522
R.Bеhbudоv кüçəsi 1817
S.Vurğun кüçəsi 1573
Təbriz кüçəsi 1231
Füzuli кüçəsi 1790
Хaqаni кüçəsi 1964
Ü.Hаcıbəyоv кüçəsi 1451
Şıхlinsкi кüçəsi 960
Z.Əliyеvа кüçəsi 1940
C.Hаcıbəyli кüçəsi 1601
E.Ələкbərоv кüçəsi 1548
Şərifzаdə кüçəsi 1165
20 Yаnvаr mеtrоsu 1282
28 mаy mеtrоsu 1765
Içərişəhər mеtrоsu 1852
Q.Qаrаyеv mеtrоsu 1137
Еlmler Ак. mеtrоsu 1370
İnşааtçılаr mеtrоsu 1202
M.Əcəmi mеtrоsu 1214
Nеftçilər mеtrоsu 1195
Nizаmi mеtrоsu 1464
Nərimаnоv mеtrоsu 1441
Sаhil mеtrоsu 2235
Х.Dоstluğu mеtrоsu 1029
 Хətаi mеtrоsu 1203
 H.Аslаnоv mеtrоsu 920
Gəncliк mеtrоsu 1465
Əhmədli mеtrоsu 1441
1-ci miкrorаyоn 1045
2-ci miкrorаyоn 1011
3-cü miкrorаyоn 1106
4-cü miкrorаyоn 1125
5-ci miкrorаyоn 1081
6-cı miкrorаyоn 1015
7-ci miкrorаyоn 1034
8-ci miкrorаyоn 1223
9-cu miкrorаyоn 1016
İçəri şəhər 2030
Аvrоpа оtеli 1241
Hyyаt Rеgеnsy оtеli 1275
АBŞ səfirliyi 1353
Rusiyа səfirliyi 1400
Аzаdlıq prоspекti 1320
Аzərbаycаn prоspекti 2011
Аtаtürк prоspекti 1353
Bаbəк prоspекti 1160
Bül-Bül prоspекti 2164
Inşааtçılаr  prоspекti 1343
H.Əliyеv prоspекti 1300
Mətbuаt prоspекti 1150
Nеftçilər prоspекti 2033
Nərimаnоv prоspекti 1381
Pаrlаmеnt prоspекti 1853
Tbilisi prоspекti 1200
F.Х.Хоysкi prоspекti 1295
H.Cаvid prоspекti 1445
Gəncə prоspекti 895
Nоbеl prоspекti 790
А.Sultаnоvа hеyкəli 1256
К.Mаrкs hеyкəli 1183
Nərimаnоv hеyкəli 1432
Əzizbəyоv hеyкəli 1549
Аviакаssа 1320
Аznеft 2154
Bеşmərtəbə 1828
MUM 1855
H.Əliyеv аdınа sаrаy 1563
Оlimp mаğаzаsı 1371
Fəvvаrələr mеydаnı 2460
5№-li хəstəхаnа 1280
8-ci кm qəsəbəsi 1113
Cаvаnşir кörpüsü 1322
Nərimаnоv məhkəməsi 1292
Аzdrаmа 1711
Stаtistiка коmitəsi 1450
Tibb univеrsitеti 1364
Rаdiоzаvоd 987
Хəzər univеrmаğı 882
  

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

Mənzil alarkən məlumatı hansı mənbədən almağa üstünlük verirsiniz?
 

Arxiv

Dövlət ehtiyacı üçün alınan qanunsuz tikililərin sahiblərinə də kompensasiya ödəniləcək
26.06.2010 13:35

Təhlükəsizlik zolağından kənarda olan evlərin sənədləşdirilməsi işlərinə başlanılmalıdır
Bir müddət əvvəl Milli Məclisdə «Dövlət ehtiyacı üçün torpaqların alınması haqqında» qanun qəbul olundu. Sənəddə mövcud olan bir sıra problemlərin həlli öz əksini tapıb.

Ən diqqət çəkən məqam ondan ibarətdir ki, qanunsuz tikililərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulub. Mövzu ilə əlaqədar bu və digər suallara cavab tapmaq məqsədilə Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədova müraciət etdik.
- Nazim müəllim, «Dövlət ehtiyacı üçün torpaqların alınması haqqında» qanunun qəbul edilməsinin konkret əhəmiyyəti nədən ibarətdir?
- Milli Məclisin növbəti iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Həmin sənəddə indiyə qədər mövcud olan problemlərin bir çoxu öz həllini tapıb. Hər halda əvvəllər torpaqlar alınan zaman və ya üzərindəki daşınmaz əmlak sökülən zaman onun dövlət ehtiyacı olub-olmaması araşdırılmırdı. İndi isə konkret olaraq göstərilir ki, hansı məqsədlər dövlət ehtiyacı sayıla bilər. Bundan sonra dövlət ehtiyacı üçün torpaqların mülkiyyətçidən yalnız yolların və infrastruktur layihələrinin çəkilişi, hərbi xarakterli obyektlərin tikintisi və sərhəd məsələləri ilə əlaqədar alına bilər. Həmçinin qanun qəbul edildikdən sonra bu kimi məsələlərdə sui-istifadə hallarına yol verilməyəcək.
Əsas məqam qanunun indiyədək bu sahədə ciddi narazılığa səbəb olan problemlərin aradan qaldırılmasına şərait yaradacağıdır. Hazırda ölkə ərazisində davamlı tikinti işləri, o cümlədən dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Bu məqsədlə əhalinin torpaqları dövlət, ictimai ehtiyaclar üçün alınır, lakin onun pulu bəzən vaxtında ödənilmir. Digər tərəfdən o vaxt dəyəri ödənilir ki, artıq həmin pul qiymətdən düşüb və pulu alan zaman vətəndaşlar adekvat həcmdə torpaq ala bilmirlər. Amma indi mövcud problemlər tənzimlənir. Əgər torpağı dövlət ehtiyacı üçün əlaqədar orqan alırsa, pul ödənilməmiş onun sahibi ordan çıxarıla bilməz. Bu zaman həmin torpaq sahəsinin əvəzində mülkiyyətçiyə mütləq kompensasiya ödənilməsi nəzərdə tutulub.
- «Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında» qanunda avtomobil, dəmiryolu xətləri, qaz kəmərlərinin təhlükəsizlik zolaqlarında və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərin sahiblərinə kompensasiyalar verilməsi nəzərdə tutulubmu?
- Bəli, qanunda mübahisə doğuran bu məsələnin də həlli yolu göstərilib. Elə ərazilər var ki, o torpaqlar qanunsuz olaraq vətəndaşların mülkiyyətinə verilib və orada binalar tikilib. Məsələn, bu gün həmin zolaqlardan magistral yollar keçməlidir, elektrik xətləri çəkilməlidir, metro stansiyaları tikilməlidir, amma vətəndaşlar bununla razılaşmırlar. Əslində, vətəndaşların narazı olmağa hüquqları yoxdur. Bu torpaqları alanda onları sənədləşdirməyib, qanun çərçivəsinə salmayıblar. Lakin o da heç kəsə sirr deyil ki, qanunsuz hesab olunan həmin tikililər heç də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin icazəsi olmadan ərsəyə gəlməyib. Torpaq sahələrinin böyük əksəriyyəti bələdiyyələrdən alınıb. Müvafiq icra hakimiyyəti orqanı da həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verib. Sadəcə burada da anlaşılmayan məqamlar çoxluq təşkil edir. Tutaq ki, Bakıda Bakı şəhər İcra Hakimiyyətinin Baş Tikinti və Memarlıq İdarəsi ilə razılaşdırılma uzun-uzadı vaxt apardığına görə, vətəndaşlar süründürməçiliyə məruz qoyulduğundan, bir çox hallarda isə vətəndaşların özlərinin belə qanunları bilmədiyindən tez-tələsik torpaq alqı-satqısı baş verir və ərazidə tikinti işləri aparılır. Bu cür anlaşılmazlıqlara görə, vətəndaşlara müəyyən kompensasiyaların ödənilməsi zəruridir. Elə dövlət də bu gün həmin adamların əziyyətini nəzərə alıb, onlara müəyyən kompensasiya ödəmək istəyir. Amma vətəndaşlar da yüksək səviyyəli kompensasiya tələb edirlər.
- Nazim müəllim, torpağın və evlərin normativ dövlət qiyməti ilə bazar qiymətləri arasında kəskin fərq var. Dövlət ehtiyacları üçün alınan torpaq və mənzilin qiymətləndirilməsi hansı meyarlar əsasında müəyyənləşdiriləcək?
- Sənəddə torpağın dəyərinin bazar qiymətlərinə uyğun hesablanması nəzərdə tutulub. Üstəlik, təkcə torpaq sahəsi yox, onun üstündəki tikintinin də dəyəri müəyyənləşdiriləcək. Torpaq icarəyə götürülübsə, mülkiyyətçi ilə yanaşı, icarəçiyə də dəyən ziyan ödəniləcək. Kompensasiya mülkiyyətçinin seçimindən asılı olaraq pul və ya başqa yerdə torpaq sahəsi şəklində olacaq. Bundan başqa, dövlət ehtiyacı üçün alınan torpağın sahibinə köçmək üçün 2 ay möhlət veriləcək və köçürülmə xərcləri həmin dövlət orqanının hesabına olacaq. Bu sahədə digər bir yenilik isə bu məsələləri tənzimləyən xüsusi nəzarətedici orqanın yaradılmasıdır.
- Bəs qanunsuz tikililərə görə ödənilən konpensasiyanın məbləği necə müəyyənləşdiriləcək?
- Qanunsuz tikililərə də kompensasiya ödənilərkən ödənişlər tikilinin bazar qiymətlərinə uyğun müəyyənləşdiriləcək. Lakin bazar qiymətlərinin götürülmə mexanizmi əvvəlcədən müəyyən olunmalıdır. Hansı ərazidən infrasturuktur layihə keçirsə, son üç ayda notarius qaydasında təsdiq olunmuş üç ən yüksək müqavilənin orta qiyməti götürülür. İnsanlar bilməlidir ki, bazar qiyməti müəyyənləşdirilərkən notarial qaydada təsdiq olunan müqavilələr əsas götürülür. Bu baxımdan artıq həmin söz-söhbətə də son qoyulmalıdır. Adətən vətəndaş daşınmaz əmlakını satanda bazarda təklif edilən ən yüksək qiyməti, dövlət isə həmin əmlakı alan zaman normativ dövlət qiyməti əsas götürür. Burada konsensus əldə olunub ki, orta qiymət əsas götürülsün. Bir qaranlıq məqam ondan ibarət idi ki, əvvəllər vətəndaşlar notariusda aşağı qiymətlər göstərirdilər. Bu hallara həm də rüsumu azaltmaq məqsədilə yol verilirdi. Sonra məhkəmə çəkişməsi və başqa neqativ hallar yarandıqda real vəziyyəti sübut etmək çətin olurdu. Artıq «Dövlət rüsumu haqqında» Qanuna müəyyən dəyişikliklər edilib və daşınmaz əmlakın qiymətindən asılı olmayaraq eyni rüsum alınır. Qanunvericiliyi sivil qaydalara uyğunlaşdırmaq istiqamətində müəyyən işlər görülüb. Hesab edirik ki, bunlar da vacibdir.
- Nazim müəllim, avtomobil və dəmiryolu zolaqlarında 5 min, yüksək gərginlikli elektrik xətlərinin altında isə 4 minə yaxın qanunsuz tikililərin sökülməsinin zəruri olduğu göstərilir. Kütləvi söküntü narazılıq yaratmayacaq ki?
- Hər halda bir evin sökülməsi də müəyyən narazılıq yaradır. Minlərlə evin sökülməsi heç də yaxşı hal deyil. Güman edirəm ki, nəqliyyat infrastrukturu, yüksək gərginlikli elektrik xətlərinin altında və magistral qaz kəmərlərinin üzərində olan evlərin köçürülməsi olduqca vacibdir. Lakin həmin xətlərin köçürülməsi mümkündürsə, bu hal daha məqsədəuyğundur. Bu, daha ədalətli olardı. Ancaq bir şərtlə ki, xətt və kəmərlərin köçürülməsi həmin ərazidə yaşayan insanların hesabına baş versin.
- Sökülməsi zəruri olmayan qanunsuz tikililərin gələcək taleyi necə ola bilər?
- Təhlükəsizlik zolağından kənarda olan evlərin sənədləşdirilməsi işlərinə başlanılmalıdır. Bununla biz həm torpaq, həm də əmlak vergisini nizama salmış oluruq. Eyni zamanda ölkə vətəndaşlarının qeydiyyat, mülkiyyətlə bağlı problemlərini də həll etmiş oluruq. Lakin bu zəncirvari reaksiyaya səbəb olmamalıdır. Bir məsələni də yaddan çıxarmamalıyıq ki, Qarabağ problemi gec-tez həll edilməlidir. Məhz qanunsuz tikililərin sahiblərinin çoxu da məhz Qarabağ bölgəsindəndir. Bu baxımdan onların geriyə dönməsi məsələsi daim gündəmdədir. Lakin insanların mülkiyyət hüqununu da tapdalaya bilmərik, baxmayaraq ki, həmin mülkiyyət hüququ qanunsuz əldə olunub. Süründürməçiliyə yol vermədən dəqiq analiz aparılmalı, hansı tikililər sökülüb-sökülməyəcəyi dəqiqləşdirilməlidir. Artıq bu kimi məsələlər öz yoluna qoyulmalıdır.

 
Banner