"Əmlak Bazarı" jurnalının xüsusi buraxılışı olan 69-cu sayı - mənzil interyeri layihələri artıq satışda....      

Xəbərlər - Qısa

Oktyabr ayı üzrə təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/$
Nəsimi bazarı1366
Şərq bazarı1162
Təzə bazar1373
Yasamal bazarı1249
Axundov bağı1865
Zоrgе bаğı1344
Mаlакаn bаğı 2473
S.Vurğun bаğı 1701
Bаdаmdаr qəsəbəsi 1114
Bаyıl qəsəbəsi1104
Bакıхаnоv qəsəbəsi 987
Biləcəri qəsəbəsi 1058
Binə qəsəbəsi 707
Buzоvnа qəsəbəsi 771
Vоrоvsкi qəsəbəsi 1514
Qаrаçuхur qəsəbəsi 940
Dərnəgül qəsəbəsi 818
Zаbrаt qəsəbəsi 698 
Zığ qəsəbəsi 987
Yаsаmаl qəsəbəsi1148
Yеni Yаs. qəsəbəsi 788
Yеni Gün. qəsəbəsi 943 
20-ci sаhə qəsəbəsi 852
Кeşlə qəsəbəsi 1060
К.Günəşli qəsəbəsi 990
Löкbаtаn qəsəbəsi 788
Mоntin qəsəbəsi 1349
Müşfiq qəsəbəsi 611
Rəsulzаdə qəsəbəsi 1100
Sаbunçu qəsəbəsi 997
Sаhil qəsəbəsi 783
Surахаnı qəsəbəsi 995
Хırdаlаn  qəsəbəsi 844
H Аslаnоv qəsəbəsi 830
Hövsаn qəsəbəsi 794
Əhmədli qəsəbəsi 839
Zооpаrк 1440
Bакı кinоtеаtrı 921
Qələbə кinоtеаtrı 1062
Dоstluq кinоtеаtrı 1264
Аzərb. Кinоtеаtrı 2300
Nizаmi кinоtеаtrı 2157
H.Z.Tаğıyеv коmb. 1016
Nеаpоl dаirəsi 900
Uкrаynа dаirəsi 1007
28 Mаy кüçəsi 1691
А.Nеymet. кüçəsi 1328
Bакıхаnоv  кüçəsi 1562
D.Eliyеvа кüçəsi 1391
Z.Bünyаtоv кüçəsi 1033
Z.Хəlilоv кüçəsi 1435
Həsən Əliyеv кüçəsi 1222
Istiqlаliyyet кüçəsi 1937
M.Qаşqаy кüçəsi 1255
M.Hаdi кüçəsi 878
Mеhmаndаrоv кüçəsi 880
N.Tusi кüçəsi 862
Nахçıvаni кüçəsi 1217
Nizаmi кüçəsi 2276
Nizаmi (Tаrqоvı) кüç 2522
R.Bеhbudоv кüçəsi 1817
S.Vurğun кüçəsi 1573
Təbriz кüçəsi 1231
Füzuli кüçəsi 1790
Хaqаni кüçəsi 1964
Ü.Hаcıbəyоv кüçəsi 1451
Şıхlinsкi кüçəsi 960
Z.Əliyеvа кüçəsi 1940
C.Hаcıbəyli кüçəsi 1601
E.Ələкbərоv кüçəsi 1548
Şərifzаdə кüçəsi 1165
20 Yаnvаr mеtrоsu 1282
28 mаy mеtrоsu 1765
Içərişəhər mеtrоsu 1852
Q.Qаrаyеv mеtrоsu 1137
Еlmler Ак. mеtrоsu 1370
İnşааtçılаr mеtrоsu 1202
M.Əcəmi mеtrоsu 1214
Nеftçilər mеtrоsu 1195
Nizаmi mеtrоsu 1464
Nərimаnоv mеtrоsu 1441
Sаhil mеtrоsu 2235
Х.Dоstluğu mеtrоsu 1029
 Хətаi mеtrоsu 1203
 H.Аslаnоv mеtrоsu 920
Gəncliк mеtrоsu 1465
Əhmədli mеtrоsu 1441
1-ci miкrorаyоn 1045
2-ci miкrorаyоn 1011
3-cü miкrorаyоn 1106
4-cü miкrorаyоn 1125
5-ci miкrorаyоn 1081
6-cı miкrorаyоn 1015
7-ci miкrorаyоn 1034
8-ci miкrorаyоn 1223
9-cu miкrorаyоn 1016
İçəri şəhər 2030
Аvrоpа оtеli 1241
Hyyаt Rеgеnsy оtеli 1275
АBŞ səfirliyi 1353
Rusiyа səfirliyi 1400
Аzаdlıq prоspекti 1320
Аzərbаycаn prоspекti 2011
Аtаtürк prоspекti 1353
Bаbəк prоspекti 1160
Bül-Bül prоspекti 2164
Inşааtçılаr  prоspекti 1343
H.Əliyеv prоspекti 1300
Mətbuаt prоspекti 1150
Nеftçilər prоspекti 2033
Nərimаnоv prоspекti 1381
Pаrlаmеnt prоspекti 1853
Tbilisi prоspекti 1200
F.Х.Хоysкi prоspекti 1295
H.Cаvid prоspекti 1445
Gəncə prоspекti 895
Nоbеl prоspекti 790
А.Sultаnоvа hеyкəli 1256
К.Mаrкs hеyкəli 1183
Nərimаnоv hеyкəli 1432
Əzizbəyоv hеyкəli 1549
Аviакаssа 1320
Аznеft 2154
Bеşmərtəbə 1828
MUM 1855
H.Əliyеv аdınа sаrаy 1563
Оlimp mаğаzаsı 1371
Fəvvаrələr mеydаnı 2460
5№-li хəstəхаnа 1280
8-ci кm qəsəbəsi 1113
Cаvаnşir кörpüsü 1322
Nərimаnоv məhkəməsi 1292
Аzdrаmа 1711
Stаtistiка коmitəsi 1450
Tibb univеrsitеti 1364
Rаdiоzаvоd 987
Хəzər univеrmаğı 882
  

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

Mənzil alarkən məlumatı hansı mənbədən almağa üstünlük verirsiniz?
 

Arxiv

S.Mehbalıyev: "Biz həmkarlar İttifaqı olaraq, bütün mümkün vasitələrlə vətəndaşların əmək hüquqlarının qorunmasına çalışırıq"
26.06.2010 13:57

Tikinti şirkətlərinin çoxunda həmkarlar ittifaqları mövcud olmadığından, bu sahədə  hüquqları pozulan, xüsusilə də tikinti zamanı xəsarət alan onlarca işçinin hüquqlarının qorunmasında çətinlik yaranır
Bütün dövrlərdə olduğu kimi, bu gün də İnsanların normal yaşamasıonların məşğulluq səviyyəsindən asılıdır. Təsadüfi deyil ki, yoxsul təbəqəyə aid əhalinin əsas hissəsi məhz işsizlik problemlərindən əziyyət çəkənlərdir.


Son illər Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır. Bunun da əsas tərəflərindən biri işləyən insanların əmək hüquqlarının pozulması ilə bağlıdır. Problemin bu tərəfinin çözümü ilə isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.  
Müsahibimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyevdir. 
- Səttar müəllim, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların əmək hüquqlarının qorunması baxımından fəaliyyətini əsasən hansı istiqamətdə qurub? Başqa sözlə desək, daha çox hansı məsələlərə diqqət yetirir?
- Dünyada gedən qloballaşma prosesi həyatın bütün sahələrinə bu və ya başqa şəkildə təsir göstərməkdədir. Əmək adamlarının hüquqları işəgötürənlər, xüsusilə transmilli şirkətlər tərəfindən pozulur. Beynəlxalq ticarət-təsərrüfat əlaqələrinin liberallaşması ölkələr və xalqlar arasında qeyri-bərabərliyi artırır, məşğulluq və sosial inkişaf sahəsində yeni-yeni problemlər ortaya çıxarır.
Belə bir şəraitdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkçilərin sosial, əmək hüquqlarının və mənafelərinin müdafiəsi, qəbul olunan qanun və qərarların sosial yönümünün güclənməsi üçün ardıcıl iş aparır, iş yerlərinin qorunub saxlanmasına, yeni iş yerlərinin yaradılmasına, əməkhaqqının artırılmasına, əmək qanunvericiliyinin təkmilləşdirilməsinə, istehsalatda təhlükəsizlik texnikasının yaxşılaşdırılmasına, həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsinə çalışır və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının və Avropa Sosial Xartiyasının tələblərinə əməl olunması üçün bütün imkanlarından istifadə edir.
Həmkarlar İttifaqı olaraq, biz bütün mümkün vasitələrlə vətəndaşların əmək hüquqlarının pozulmasına qarşı çıxır, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına çalışırıq.
-Təşkilatınız tərəfindən hazırlanan «Baş Kollektıv Saziş»ın əhəmiyyəti nədən ibarətdir?
- Məlum olduğu kimi, Kollektiv Saziş - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin  yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində  birgə  fəaliyyətə  dair  tərəflərin  öhdəliklərini müəyyən edən razılaşmadır. Baş Kollektiv Sazişin məqsədi sosial-iqtisadi va sosial-əmək münasibətləri üzrə tərəflərin, yəni hökümətin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının va Sahıbkarlar Təşkilatları Milli Konfederasiyasının mövqelərinin və  fəaliyyət  istiqamətlərinin uyğunlaşdırılmasından ibarətdir. Dövlətin sosial siyasətinin başlıca məqsədi olan yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, insanların layiqli yaşayışının, iqtisadiyyatın bütün sahələrində gender bərabərliyinin təmin edilməsində  tərəflərin  mövqeləri  həmişə  üst-üstə  düşərsə, şübhəsiz  ki, problemlərin həlli də asanlaşacaq. Bununla əlaqədar Baş Kollektiv Sazişə hər üç sosial tərəfdaşın  fəaliyyətində prioritet yer tutan iqtisadiyyatın artırılması, əməkhaqqlarının, о cümlədən minimum əməkhaqqının və yaşayış minimumunun  beynəlxalq normalara çatdırılması, məşğulluğa kömək göstərilməsi, əməyin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi, işçilərin sosial müdafiəsi üzrə tədbirlərin görülməsı, sosial tərəfdaşların gücləndirilməsi və bütün cəmiyyəti maraqlandıran bu kimi digər aktual öhdəliklər daxil edilir.
- Bu gün Azərbaycanda insanların əmək hüquqları hansı sahələrdə daha çox pozulur va bu, əsasən hansı məqamlarla bağlı olur?
- Hər bir cəmiyyətdə uğur əldə etməyin başlıca şərtlərindən biri qanunların aliliyinin təmin olunmasıdır. Təbii ki, hər kəsin konstitusiya ilə təsbit edilmiş əmək, təhsil, mənzil və digər hüquqlarının qorunmasına dövlət tərəfindən etibarlı təminat verilir. Lakin bu məsələlər daim ictimai nəzarətdə olmalı, cəmiyyətdə ardıcıl hüquqi maarifləndirmə işi apaılmalı, müşahidə olunan çatışmazlıqlar tezliklə aradan qaldırılmalıdır. Işçilərin əmək və istirahət hüquqlarının pozulması ilə bağlı hər bir siqnal ciddi şəkildə araşdırılaraq həmkarlar ittifaqlarının səlahiyyətləri çərçivəsində təqsirkar şəxslərə qarşı qanunvericiliyə uyğun qaydada tədbirlər görülməlidir. Bu işdə kütləvi informasiya vasitələrinin, o cümlədən internetin imkanlarından səmərəli istifadə olunmalıdır.
Araşdırmalardan məlumdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və sahə həmkarlar ittifaqlarına daxil olan ərizə və şikayətlərin tərkibində əsasən əmək münasibətlərinin rəsmiləşdirilməsi və xitam verilməsi, məzuniyyətlə bağlı ödənclərin hesablanması və verilməsi, əmək hüquqlarının pozulması və s. məsələlər öz əksini tapır. Bu müraciətlərin hər biri diqqətlə araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün səylər göstərilir. Elə hallar da olur ki, həmkarlar ittifaqlarının müdaxiləsindən sonra, o cümlədən, məhkəmə yolu ilə, yüzlərlə insan iş yerlərinə bərpa olunur.
Hesab edirəm ki, yol verilən pozuntuların əsas səbəbləri, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinin yaxşı öyrənilməməsi və rəhbərlərin özbaşınalığı ilə bağlıdır. Bununla əlaqədar hüquqi maarifləndirmə işinin canlandırılması müstəsna əhəmiyyət daşıyır.
- Azərbaycan vətəndaşlarının hüquqlarının xarici şirkətlərdə pozulması ilə bağlı məsələlər nə dərəcədə ciddidir?
- İqtisadiyyatın qeyri-dövlət  sektorundakı müəssisə və təşkilatlarda çalışan işçilər öz mülki, əmək, sosial-iqtisadi hüquqlarının pozulması ilə bağlı həmkarlar ittifaqı orqanlarına müraciətlər edirlər. Belə müraciətlər özəl sektorda və xarici sərmayəli müəssisə və təşkilatlarda işləyənlərdən daha çox daxil olur. Təkcə 2009-cu il ərzində 3700 ərizə və şikayət daxil olmuşdur. Bunlardan 280-i işə bərpa olunmaq haqqında, 600-ü isə sosial-iqtisadi və digər məsələlərlə bağlı olmuşdur ki, həmin  müraciətlər də  əsasən öz müsbət həllini tapmışdır.
İşçilərin  müraciətlərində qaldırılan problemlərin araşdırılması göstərir ki, bir çox  özəl, birgə və xarici müəssisələrdə sosial-əmək münasibətləri ölkənin mövcud əmək qanunvericiliyinin pozulması ilə müşayiət olunur. Vətəndaşlar işə əmək müqaviləsi bağlanmadan qəbul edilirlər, fəhlə və qulluqçular üçün uzadılmış iş günü müəyyən edilir, ödənişli əmək məəzuniyyətləri verilmir, işçilər qeyri-qanuni olaraq işdən çıxarılır, əmək qabiliyyətini müvəqqəti olaraq itirməyə görə müavinətlər verilmir.  Uzun illər bir çox müəssisələrdə, xüsusən də xarici şirkətlərdə çalışan vətəndaşlar belə vəziyyətlə üzləşmişlər.
Həmin müəssisələrdə çalışan işçilər ehtiyac ucbatından onlara verilən əməkhaqqı ilə razılaşmalı olurlar. Bu isə analoji profildə çalışan xarici mütəxəssislərə verilən əməkhaqqından bir neçə dəfə aşağıdır. Belə hallar  həmkarlar ittifaqı təşkilatlarının olmadığı müəssisələrdə daha çox rast gəlinir.
Bu sahədə bəzi problemlərə də toxunmaq istəyirəm. Burada ən başlıca  problem işəgötürənlərin, xüsusən də transmilli şirkətlərdə, özəl və birgə müəssisələrdə- həmkarlar təşkilatlarının yaradılmasına qarşı müqavimətlərdir. Bəzi işəgötürənlər həmkarlar ittifaqı təşkilatı yaratmaq qərarına gəlmiş işçilərlə razılaşsa da, sonradan həmkarlar ittifaqını "korporativ" struktura, həmkarlar ittifaqı komitəsini isə "sosial şöbəyə" çevirmək istəyirlər. Bu məqsədə çatmadıqda, həmkarlar ittifaqına təzyiq göstərərək fəaliyyətlərini iflic edirlər.
Məlumdur ki, həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olan özəl şirkətlərdə işçilərin əmək hüquqları kobud şəkildə pozulur. Bu sözləri tikinti ilə məşğul olan şirkətlərə də aid etmək olar. Tikinti şirkətlərinin çoxunda həmkarlar ittifaqları mövcud olmadığından, bu sahədə hüquqları pozulan, xüsusilə də tikinti zamanı xəsarət alan onlarca işçinin hüquqlarının qorunmasına yardımçı olmağa çətinlik çəkirik.
- Hazırda dünyada davam edən iqtisadi böhranın nəticəsi olaraq bir çox şirkətlərin iş fəaliyyəti məhdudlaşır və ya tamamilə dayanır. Bu zaman işçilərin əmək hüquqları hansı səviyyədə təmin edilməlidir? Yəni, qanunla işdən azad edilən şəxs iki ay əvvəldən xəbərdar edilməlidir məsələsinə necə əməl edilir?
- Azərbaycan Respublıkasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsində göstərilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, yəni Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “a” (yəni, müəssisə ləğv edildikdə) və “b” bəndləri ilə (yəni, işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
İşəgötürən,  müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Nəzərdə tutulan orta əmək haqqı Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi tərəfindən ödənilməlidir. Lakin bu qayda əmək haqqının bir dəfəyə ödənildiyi hala şamil olunmur.
- Faiz etibarilə götürsək, bu gün ölkədə fəaliyyət göstərən müəssisələrin nə qədərində həmkarlar təşkilatı var? Olmayan yerlərdə yaradılması istiqamətində hansı tədbirlər görülür?
- Ümumilikdə onu deyim ki, 2009-cu il yanvarın 1-ə olan məlumata əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 28 sahə və sahələrarası həmkarlar ittifaqı təşkilatlarını birləşdirir ki, onların da sıralarında 1,6 milyon həmkarlar ittifaqı üzvü vardır. Respublikanın şəhər və rayonlarında sahə həmkarlar ittifaqı birlikləri çərçivəsində həmkarlar ittifaqı şəhər və rayon komitələri fəaliyyət göstərir. Son 4 ildə 451 yeni həmkarlar ittifaqı təşkilatı təsis edilmişdir. Son iki ildə isə mülkiyyət münasibətlərindən asılı olmayaraq 200-dən yuxarı müəssisə və təşkilatda yeni həmkarlar ittifaqları yaradılmışdır. Bu təşkilatlar 17000-ə yaxın üzvü birləşdrir.

 
Banner