"Əmlak Bazarı" jurnalının xüsusi buraxılışı olan 69-cu sayı - mənzil interyeri layihələri artıq satışda....      

Xəbərlər - Qısa

Oktyabr ayı üzrə təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/$
Nəsimi bazarı1366
Şərq bazarı1162
Təzə bazar1373
Yasamal bazarı1249
Axundov bağı1865
Zоrgе bаğı1344
Mаlакаn bаğı 2473
S.Vurğun bаğı 1701
Bаdаmdаr qəsəbəsi 1114
Bаyıl qəsəbəsi1104
Bакıхаnоv qəsəbəsi 987
Biləcəri qəsəbəsi 1058
Binə qəsəbəsi 707
Buzоvnа qəsəbəsi 771
Vоrоvsкi qəsəbəsi 1514
Qаrаçuхur qəsəbəsi 940
Dərnəgül qəsəbəsi 818
Zаbrаt qəsəbəsi 698 
Zığ qəsəbəsi 987
Yаsаmаl qəsəbəsi1148
Yеni Yаs. qəsəbəsi 788
Yеni Gün. qəsəbəsi 943 
20-ci sаhə qəsəbəsi 852
Кeşlə qəsəbəsi 1060
К.Günəşli qəsəbəsi 990
Löкbаtаn qəsəbəsi 788
Mоntin qəsəbəsi 1349
Müşfiq qəsəbəsi 611
Rəsulzаdə qəsəbəsi 1100
Sаbunçu qəsəbəsi 997
Sаhil qəsəbəsi 783
Surахаnı qəsəbəsi 995
Хırdаlаn  qəsəbəsi 844
H Аslаnоv qəsəbəsi 830
Hövsаn qəsəbəsi 794
Əhmədli qəsəbəsi 839
Zооpаrк 1440
Bакı кinоtеаtrı 921
Qələbə кinоtеаtrı 1062
Dоstluq кinоtеаtrı 1264
Аzərb. Кinоtеаtrı 2300
Nizаmi кinоtеаtrı 2157
H.Z.Tаğıyеv коmb. 1016
Nеаpоl dаirəsi 900
Uкrаynа dаirəsi 1007
28 Mаy кüçəsi 1691
А.Nеymet. кüçəsi 1328
Bакıхаnоv  кüçəsi 1562
D.Eliyеvа кüçəsi 1391
Z.Bünyаtоv кüçəsi 1033
Z.Хəlilоv кüçəsi 1435
Həsən Əliyеv кüçəsi 1222
Istiqlаliyyet кüçəsi 1937
M.Qаşqаy кüçəsi 1255
M.Hаdi кüçəsi 878
Mеhmаndаrоv кüçəsi 880
N.Tusi кüçəsi 862
Nахçıvаni кüçəsi 1217
Nizаmi кüçəsi 2276
Nizаmi (Tаrqоvı) кüç 2522
R.Bеhbudоv кüçəsi 1817
S.Vurğun кüçəsi 1573
Təbriz кüçəsi 1231
Füzuli кüçəsi 1790
Хaqаni кüçəsi 1964
Ü.Hаcıbəyоv кüçəsi 1451
Şıхlinsкi кüçəsi 960
Z.Əliyеvа кüçəsi 1940
C.Hаcıbəyli кüçəsi 1601
E.Ələкbərоv кüçəsi 1548
Şərifzаdə кüçəsi 1165
20 Yаnvаr mеtrоsu 1282
28 mаy mеtrоsu 1765
Içərişəhər mеtrоsu 1852
Q.Qаrаyеv mеtrоsu 1137
Еlmler Ак. mеtrоsu 1370
İnşааtçılаr mеtrоsu 1202
M.Əcəmi mеtrоsu 1214
Nеftçilər mеtrоsu 1195
Nizаmi mеtrоsu 1464
Nərimаnоv mеtrоsu 1441
Sаhil mеtrоsu 2235
Х.Dоstluğu mеtrоsu 1029
 Хətаi mеtrоsu 1203
 H.Аslаnоv mеtrоsu 920
Gəncliк mеtrоsu 1465
Əhmədli mеtrоsu 1441
1-ci miкrorаyоn 1045
2-ci miкrorаyоn 1011
3-cü miкrorаyоn 1106
4-cü miкrorаyоn 1125
5-ci miкrorаyоn 1081
6-cı miкrorаyоn 1015
7-ci miкrorаyоn 1034
8-ci miкrorаyоn 1223
9-cu miкrorаyоn 1016
İçəri şəhər 2030
Аvrоpа оtеli 1241
Hyyаt Rеgеnsy оtеli 1275
АBŞ səfirliyi 1353
Rusiyа səfirliyi 1400
Аzаdlıq prоspекti 1320
Аzərbаycаn prоspекti 2011
Аtаtürк prоspекti 1353
Bаbəк prоspекti 1160
Bül-Bül prоspекti 2164
Inşааtçılаr  prоspекti 1343
H.Əliyеv prоspекti 1300
Mətbuаt prоspекti 1150
Nеftçilər prоspекti 2033
Nərimаnоv prоspекti 1381
Pаrlаmеnt prоspекti 1853
Tbilisi prоspекti 1200
F.Х.Хоysкi prоspекti 1295
H.Cаvid prоspекti 1445
Gəncə prоspекti 895
Nоbеl prоspекti 790
А.Sultаnоvа hеyкəli 1256
К.Mаrкs hеyкəli 1183
Nərimаnоv hеyкəli 1432
Əzizbəyоv hеyкəli 1549
Аviакаssа 1320
Аznеft 2154
Bеşmərtəbə 1828
MUM 1855
H.Əliyеv аdınа sаrаy 1563
Оlimp mаğаzаsı 1371
Fəvvаrələr mеydаnı 2460
5№-li хəstəхаnа 1280
8-ci кm qəsəbəsi 1113
Cаvаnşir кörpüsü 1322
Nərimаnоv məhkəməsi 1292
Аzdrаmа 1711
Stаtistiка коmitəsi 1450
Tibb univеrsitеti 1364
Rаdiоzаvоd 987
Хəzər univеrmаğı 882
  

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

Mənzil alarkən məlumatı hansı mənbədən almağa üstünlük verirsiniz?
 

Arxiv

Qanunsuz, yoxsa sənədsiz?
24.08.2010 17:11

Qanunsuz (icazəsiz) heç bir tikili movcud ola bilməz və deməli mövcud olan hər hansı tikili qanunsuz deyil
Uzun illərdir ölkədə, xüsisilə də paytaxt Bakıda mövcud olan qanunsuz, daha doğrusu sənədsiz tikililər problemi son vaxtlar ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib.

Xüsusilə də fevral ayında ölkənin enerji təsərrüfatında yaranan problemdən sonra elektrik xətləri ilə yanaşı, digər kommunikasiya xətləri və dəmir yollarının xüsusi mühafizə zolaqlarında inşa edilən tikililər barədə tədbirlərin görülməsi məsələsi gündəmdən düşmür və tez-tez belə tikililərin sökülməsinin vacibliyi barədə fikirlər səslənir. Bu fikirlərin nə dərəcədə obyektiv olması isə mübahisə predmeti olaraq ayrıca bir müzakirə mövzusudur…
Ümumiyyətlə hazırda paytaxtın mərkəzində və ətrafındakı kənd və qəsəbələrdə on minlərlə sənədsiz tikililər var. Hətta vaxtilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov paytaxt və onun ətrafında 500 mindən çox belə tikilinin olması barədə açıqlama vermişdi.
Qanunsuz, yoxsa sənədsiz?
Sözügedən tikililərin böyük əksəriyyətinin yerli icra orqanlarının rəsmi olmasa da, şifahi razılığı əsasında inşa edildiyi heç kəsə sirr deyil. Bu icazələrin hansı məqsədlə- humanizm və ya maddi maraqlar baxımından verilməsi isə nəticəni dəyişmir. Bu mənada məsələyə yalnız qanunvericilik tərəfdən deyil, məntiqlə yanaşdıqda uzun illərdir mövcud olan, lakin rəsmi sənədləri olmadığına görə mülkiyyət hüququ tanınmayan bu tikililərə “qanunsuz” deyil, “sənədsiz” ifadəsi daha uyğun gəlir.
Çünki Azərbaycanda yerli icra strukturları, xüsusilə də polis orqanlarının sözün əsl mənasında çox diqqətli və nazarətlərində olan ərazilərdə bütün proseslərdən xəbərdar olduqlarını nəzərə alsaq, hansısa məkanda gizlincə daşın daş üstünə qoyulması mümkün olsa da, bir otaqlı olsa belə, hər hansı evin və ya digər obyektin tikilməsi qeyri-realdır. Yəni, məsələnin qısa məntiqi nəticəsi budur ki, qanunsuz (icazəsiz) heç bir tikili movcud ola bilməz və deməli mövcud olan hər hansı tikili  qanunsuz deyil. Başqa sözlə, hər hansı tikilinin mülkiyyət sənədlərinin olmaması obyektin qanunsuz olduğunu deməyə tam əsas vermir.
Lakin istənilən halda qanun alidir və bu səbəbdən hökumət belə tikililərin sökülməsi barədə hər hansı qərar vermək hüququna malikdir.
Günah kimdədir?
Mövcud problemə müxtəlif prizmalardan yanaşmaq mümkündür və bu zaman günahın kimdə olmasına aydınlıq gətirmək çətin olur. Misal üçün, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, dövlət hər bir vətəndaşını yaşayış sahəsi ilə təmin etməyə və onun mənzil hüququnu tanımağa borcludur. Lakin mövcud vəziyyət elədir ki, dövlət hər bir vətəndaşını mənzillə təmin edə bilmir. Vətəndaşlar isə məcburiyyət qarşısında qalaraq özlərinin sığınacaq problemini müxtəlif vasitələrlə həll edirlər. Nəticədə indiyə qədər on minlərlə qanunsuz evin meydana gəlməsinə dövlətin göz yummasını “bir növ qarşılıqlı güzəşt” kimi dəyərləndirmək olar.
Kim, harda, necə?
Qeyd etdiyimiz kimi, rəsmi və qeyri-rəsmi mənbələrin təxmini də olsa səsləndirdiyi fikirlərə görə, Bakı və ətraf qəsəbələrdə bir neçə yüz min qanunsuz yaşayış evi mövcuddur. Maraqlıdır ki, bu cür evlərin sahibləri yalnız imkansız, hazır mənzil almaq imkanından çox uzaq olan insanlar deyil, həm də kifayət qədər maddi təminatı olan vətəndaşlardır. Çünki qanunsuz adlandırılan bu evlərin içərisində bir gecəyə tikilmiş “gecəqondu” deyilən birotaqlı evlərdən tutmuş 2-3 mərtəbəli villalara qədər müxtəlif tikililərə rast gəlinir. Daha sanballı evlər əsasən şəhərkənarı qəsəbələrdə, xüsusilə də dəniz sahilində, mərkəzə yaxın ərazilərdə isə bələdiyyələr tərəfindən verilən qeyri-qanunu, saxta sənədlər, yəni hüququ qüvvəsi olmayan sənədlər əsasında ayrılan torpaq sahələrində inşa edilib. Kiçik həcmli, yəni bir ailənin minimum mənzil şəraitinə hesablanan evlər isə paytaxtın mərkəzini və ətraf qəsəbələrini əhatə etməklə bütün yerlərdə mövcuddur. Əvvəllər, yəni ilkin olaraq tikilməyə başlayan qanunsuz evlər əsasən daşınmaz əmlak olaraq heç kimin marağında olmayan şəhərkənarı boş torpaq sahələrində inşa edilməyə başlayıb. Lakin sonralar bu cür tikililərin fantastik sürətlə artması boş əraziləri azaltdı və yaşayış yerinə böyük ehtiyacı olan insanlar öz həyatlarını belə təhlükə altında qoyaraq elektrik xətlərinin altında, qaz borularının üzərində, neft mədənlərinin neftlə çirklənmiş torpaqlarında evlər tikməyə başladılar və nəticədə bugünkü problematik vəziyyət yarandı.
Məlum hadisələrdən sonra “Azərenerji”nin apardığı araşdırmalar nəticəsində məlum olub ki, hazırda elektrik xətlərinin altında 4000-dən çox tikili mövcuddur. “Dəmir Yolları” ASC-nin məlumatına görə isə, dəmir yollarının mühafizə zolağında 4600 bu cür tikili var. Hələlik su xətlərinin və neft mədənlərinin ərazisində tikilən evlərin sayı daqiqləşdirilməsə də, bunları da bir necə min civarında hesablamaq olar. Bu hesablamanın nəticəsindən doğan məntiq odur ki, kommunikasiya sahələrinin və neft mədənlərinin işinə problem yaradan tikililər ümumi qanunsuz tikililərin cəmi bir neçə faizini təşkil edir. Lakin bunula belə sözügedən evləri qanunsuz tikili probleminin episentri adlandırmaq olar.  
Ən optimal çıxış yolu nədir?
Təbii ki, qanunsuz tikililəri taleyi ilə bağlı rəsmi səviyyədə qərar verilməzdən əvvəl həmin obyektlərin təhlili aparılmalı, ekspertizası keçirilməlidir. Həmin mənzillərin və ya torpaq sahələrinin sənədləşdirilməsinin mümkün olub-olmadığı müəyyənləşdirilməlidir. Çünki mövcud olan qanunsuz tikililərin az hissəsi hansısa strateji əhəmiyyətli ərazilərdə, neft mədənlərinin sahələrində, kommunikasiya xətlərinin və ya dəmir yollarının mühafizə zolagında yerləşir. Əksəriyyət evlər elə ərazilərdə yerləşir ki, onların dövlət qeydiyyatına alınması mümkündür. Yəni, təhlükəsizlik qaydalarına cavab verən və yaşayış standartlarına uyğun tikilən evlərin rəsmiləşdirilməsi həm sosial, həm də iqtisadi baxımdan ən sərfəli çıxış yoludur. Belə ki, bu zaman qanunsuz (sənədsiz) mənzil sahibi olan sıravi vətəndaşlar hər an evlərinin sökülə biləcəyi təhlükəsinin psixoloji təsirindən qurtularaq qanuni mənzilə sahib olacaqlarsa, dövlət “bir güllə ilə iki dovşan” vuraraq həm hər bir vətəndaşını yaşayış sahəsi ilə təmin etməklə bağlı üzərinə düşən öhdəliyini xeyli mənada icra etmiş olar, həm də artıq qanuni olan evləri vergiyə cəlb edərək dövlət büdcəsinə yüz minlərlə əlavə vəsaitin cəlb edilməsinə nail ola bilər.
Belə bir təcrübə artıq var. 90-cı illərin əvvəllərində Abşeron rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında kütləvi şəkildə tikilən qanunsuz evlərin taleyi məhz bu cür həll olunub. Belə ki, o zaman həmin evlərin hamısını sökmək mümkün olmadığından, yerli icra hakimiyyətinin müraciəti əsasında Nazirlər Kabinetinin xüsusi qərarı ilə elektrik xətlərinin yeri dəyişdirilib və evlərin texniki inventarlaşdırması aparılaraq onlara mülkiyyət hüququ verilib.
Neft mədənlərinin ərazisində neft quyusunun bir neçə metrliyində və ya qaz kəmərlərinin üzərində tikilmiş evlərin məsələsi isə təbii ki, bir qədər çətindir. Hətta rentabelsiz olan neft sahələrinin ləğv edilməsi və torpaqların təmizlənərək bələdiyyələrin balansına keçirilərək yaşayış sahələri kimi vətəndaşlara verilməsi kimi variantlar olsa da, hər anı təhlükə olan qaz kəmərinin üzərində tikilmiş evin çarəsi yalnız köçürülmədir.
Lakin bu zaman da insanların yaşayış hüququnun ən azı mənəvi və sosial cəhətdən nəzərə alınması zəruridir ki, ölkə Prezidenti cənab İlham Əliyevin son çıxışlarından birində söylədiyi fikirləri bu məsələnin həlli ilə bağlı şifahi qərar kimi də qəbul etmək olar. “Qanunsuz tikililər yığışdırılmalıdır, ancaq lazımı səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı qalsınlar” deyən Prezident “mən hər bir azərbaycanlının prezidentiyəm” fikrinə sadiq qaldığını nümayiş etdirmiş oldu.
"Əmlak Bazarı" jurnalından

 
Banner