|
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) 2003-cü ilin iyul ayında təsis olunmuş və dekabr ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. İctimai Birlik Azərbaycanda daşınmaz əmlak sahəsində əhatəli və professional fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıdır. “Əmlak Bazarı İştirakçıları” İctımai Birliyinin fəaliyyət istiqamətlərinə aşağıdakı sahələr daxildir: • Əmlak bazarı ilə əlaqədar informasiya, marketinq, treninqlər və məsləhət xidməti; • Daşınmaz əmlak bazarının və bununla bağlı iqtisadiyyatın digər sahələrinin potensial imkanlarının araşdırılması; • Bazara çıxarılan əmlakın və bağlanan əqdlərin dinamikasının öyrənilməsi; • Ərazilər və seqmentlər üzrə qiymətlərin təhlili və proqnozlaşdırılması; • Əmlakın gəlirliyinin və likvidlik dərəcəsinin təyini; • Regionlar və iqtisadi rayonlar üzrə tələb və təklifin coğrafiyasının analizi; • Biznes-planların hazırlanması və texniki-iqtisadi, hüquqi əsaslandırmalar • İqtisadiyyatın bütün sahələri (bank, maliyyə, uçot, qiymət, təhlil, tənzimləmə, statistika, qiymətli kağızlar, lizinq, əmlak, və əmtəə bazarı və s.) ilə bağlı təhlil işlərinin aparılması, iqtisadi layihələrin hazırlanması, sorğuların, seminarların keçirilməsi; • Daşınmaz əmlakdan istifadəyə dair məsləhətlər verilməsi; • Xidmət və keyfiyyət standartlarının təhlili və təkliflərin hazırlanması; • Əmlak təhlükəsizliyi, regional inkişaf, ətraf mühitin mühafizəsi və sosial təminat kimi müxtəlif sahələrdə prioritetlərin təmin edilməsi üçün əmlak mülkiyyətçilərinin fəaliyyətinin qurulması dair təkliflərin hazırlanması; Birliyin əsas məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üzrə, o cümlədən daşınan və daşınmaz əmlak bazarı sahəsində həyata keçirilən islahatları, tətbiq edilən texnologiyaları öyrənmək və onların yayılmasına nail olmaqdır. Həmçinin: • İqtisadiyyatın makro və mikro problemlərini öyrənmək, təhlil etmək və bu sahədə dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübələrə əsaslanaraq problemlərin elmi əsaslarla nəzəri və praktiki həlli yollarını araşdırmaq; • Bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinin daha da inkişafına, daxili və xarici investorların cəlb edilməsinə kömək göstərmək; • Regional əmlak bazarlarının inkişaf etdirilməsi üçün qabaqcıl və mütərəqqi ideyaları öyrənmək, yaymaq, mülkiyyətçi təfəkkürünün formalaşması, ekoloji təmiz əmlak yaradılması üçün maarifləndirmə işi aparmaq, elmi, praktiki materialları nəşr etdirmək, peşə standartlarının hazırlanması və xidmətlər göstərilməsi üzrə məsləhətlər vermək; • Əmlak bazarı iştirakçılarının – kommersiya qurumlarının, rieltorların, bankirlərin , sığortaçıların, qiymətləndiricilərin, brokerlərin, maliyyə məsləhətçilərinin, hüquqşünaslların, memar və arxitektorların, dizaynerlərin, mühəndis konstruktorların, layihəçilərin və s. ayrı-ayrı layihələrdə birgə iştirakı ilə təkliflər hazırlamaq, tədbirlər həyata keçirmək və s. məsələlər də birliyin əsas məqsədlərinə aiddir. Bundan başqa təşkilatın gördüyü işlərin sırası da çox genişdir. Qurum mütəmadi olaraq mühüm dövlət strukturları, əmlak bazarı və iqtisadiyyatla bağlı olan özəl şirkətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, daşınmaz əmlak bazarı ilə bağlı böyük layihələrin icrasını həyata keçirir. Birliyin fəaliyyəti barədə danışarkən aşağıdakıları qeyd etmək lazımdır. Qiymət indeksinin hesablanması “ƏBİ” İB “Azeri REİ” qiymət indeksinin hesablanmasını, ictimaiyyətə təqdim olunmasını və daim inkişaf etdirilməsini həyata keçirir. Daşınmaz əmlak bazarında “Azeri REİ” qiymət indeksi daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə hər ay üçün hesablanır. Kitablar Təşkilat daşınmaz əmlak bazarı ilə bağlı bu günə kimi hazırladığı 20-yə yaxın kitabdan 4 ədədini çapdan çıxarıb oxuculara təqdim edib. Həmin kitablarda Bakı şəhərinin və ümumilikdə Azərbaycanın daşınmaz əmlak bazarı ilə bağlı geniş və əhatəli məlumatlar ictimaiyyətə çatdırılıb. Birliyin bu kitablarla yanaşı aşağıdakı nəşrləri mövcuddur. • “Əmlak Bazarı Terminləri” lüğəti – 2005 • “Daşınmaz Əmlak Bazarı və Rieltor” – 2005 • “Azərbaycanın daşınmaz əmlak bazarı: faktlar, təhlillər” - 2006 • “Regionların İnkişafı, şimal bölgəsi” – 2007 • “İnşaat 2010” Kataloqu Bilriyin artıq 5 ilə yaxındır ki, fasiləsiz olaraq yüksək tirajla aylıq mətbu orqanı olan – “Əmlak Bazarı” jurnalı çap olunur. Jurnalda yerli və xarici ölkələrin daşınmaz əmlak bazarı, eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələri ilə baglı məlumatlar, müsahibələr, təhlil və şərhlər dərc olunur. Hər ay daşınmaz əmlak bazarının iştirakçıları olan banklar, sığorta təşkilatları, tikinti şirkətləri, rieltor xidmətləri, qiymətləndərmə təşkilatları və bu istiqamətdə çalışan dövlət təşkilatları aktual mövzularla jurnalda çıxışlar edirlər. Bülletenlər Aylıq bülletenlər, rüblük, yarımillik və illik məcmuələri də təşkilatın nəşrləri sırasında saymaq olar. Bu bülleten və məcmuələrdə daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə bazarın ümumi tendensiyası və dinamikası araşdırılır və əks olunur. KİV-lərdə çıxışlar Qurumun ekspertləri mütəmadi olaraq daşınmaz əmlak bazarındakı mövcud vəziyyətlə bağlı KİV - lər vasitəsilə ictimaiyyəti məlumatlandırırlar. KİV-də aparılan monitorinqlər də göstərir ki, hazırda ölkədə daşınmaz əmlak bazarı ilə bağlı KİV-in əmlak bazarı ilə bağlı ən çox müraciət etdiyi təşkilat “ƏBİ” İB-dir. Yerli və Beynəlxalq tədbirlər “ƏBİ” İB yerli tədbirlərlə yanaşı, beynəlxalq konfranslar da təşkil edir və həmçinin beynəlxalq konfranslarda iştirak edir. 2008-ci ilin mart ayında Birliyin təşkilatçılığı ilə “Ambassador” otelində bazar iştirakçıları üçün təşkil olunmuş 3 günlük seminarda ABŞ-ın Beynəlxalq Mülkiyyət Fondunun əlaqələndiricisi xanım PeggyAnn McConnochie ABŞ-ın daşınmaz əmlak bazarı, Alyaska təcrübəsi barədə tədbir içtirakçılarına mühazirələr oxuyub, məlumatlar verib. 3 gün davam edən seminarda ölkəmizdə fəaliyyət göstərən Rieltor təşkilatlarının, tikinti şirkətlərinin, bir sıra ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər. Bundan başqa təşkilatın 2007-ci ilin yekunlarına dair tikinti şirkətləri arasında keçirdiyi müsabiqə respublikada bu zamana qədər tikinti şirkətləri arasında təşkil olunmuş ilk müsabiqə kimi daşınmaz əmlak bazarında çox uğurla qarşılanıb. Tədbirin yekunlarına dair təqdimat mərasimi Park-İnn otelində təşkil olunub və mərasim 5 televiziya daxil olmaqla 30-a yaxın KİV-də ictimaiyyətə təqdim olunub. Layihələr 1. ABŞ-ın Daşınmaz Əmlak Bazarı: Alyaska Təcrübəsi (3 ay) -ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 2. Regionlarda Tikinti Materiallarının İstehsal Potensialının və Qiymət Meyllərinin Öyrənilməsi (8 ay) -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 3. Bakı və Sumqayıt şəhərlərində qeyri-yaşayış sahələri bazarının öyrənilməsi (1 ay) -DNS Kompüters MMC 4. Şimal İqtisadi Rayonunun (Quba-Xaçmaz) Cari Vəziyyətinin Öyrənilməsi və İnkişaf Potensialının Müəyyənləşdirilməsi (Regional İnkişaf Proqramı çərçivəsində) (8 ay) -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 5. Bakı şəhərində Əmlak Bazarının Müxtəlif Seqmentlərinin Dövriyyəsinin və Qiymət Meyllərinin və Makroiqtisadi Göstəricilərə Təsirinin Öyrənilməsi (2 ay) -Bakı Banklararası Valyuta Birjası 6. Daşınmaz Əmlak Bazarı İştirakçıları Arasında Marketinq Sorğusu (2 ay) -Bakı Banklararası Valyuta Birjası 7. Bakı şəhərinin Bələdiyyələrinin Gəlirlərində Vergi Daxilolmaları və Bu Daxilolmaların Tərkib Hissəsi kimi Fiziki Şəxslərin Əmlak Vergisinin Öyrənilməsi (2 ay) -Bakı şəhəri Səbail Bələdiyyəsi 8. Azırbaycanda əmlak bazarının inkişafının telekommunikasdiya xidmətlərinə təsirinin öyrənilməsi (8 ay) -AZEUROTEL 9. Gəmi Dizel Yağlarının Bazar Monitorinqi (2 ay) -Xəzər Dəniz Gəmiçiliyi İdarəsi 10. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Bazarı. İmkanlar və Perspektivlər (10 ay) -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 11. “İlin Tikinti Şirkətləri” müsabiqəsinin keçirilməsi (4 ay)- Tikinti fəaliyyəti ilə məşğul olan bir qrup daşınmaz əmlak bazarı iştirakçıları
|