|
Ən çox qiymət azalması isə Nizami rayonunda qeydə alınıb 2009-cu ilin mart ayının sonuna Bakı şəhəri üzrə qeydə alınmış, tikintisi davam etdirilən yeni tikilililərin sayı kecən aydakı 550 ədədə qarşı 461 ədəd olub. Yeni tikililərin sayının kəskin azalmasına iqtisadi böhran nəticəsində tikintinin tempinin aşagı düşməsi, eyni zamanda bəzi binalarda tikinti işlərinin başa catması səbəb olub. Araşdırmalar göstərir ki, tikintinin tempində nəzərəcarpacaq geriləmə davam etməkdədir. Ay ərzində 17 binada satış başa catdıgından bu binalar tikintisi davam etdirilən binaların siyahısından cıxarılıb. 21 binada isə tikinti işlərinə yekun vurulmuşdur. Yuxarıda qeyd edilən 461 binanın inşası 189 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, kecən ay 550 binanın tikintisi 202 tikinti şirkəti tərəfindən həyata kecirilirdi. Ay ərzində ən cox yeni tikili Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üc rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib. Şəhər üzrə satış ücün təklif olunmuş mənzillərin orta qiyməti əvvvəlki ayla müqayisədə 6,7% azalaraq 1078 $/kv.metrdən 1006 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 19,4 bənd azalaraq 382 bəndində qərarlaşıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi kecən aydakı nəticədən (-0.1%) azalaraq 121,2 kv.m-ə enib. Orta blok göstəricisi kecən aydakı 2,3-dən 2,2-yə enib, orta mərtəbə göstəricisi isə ötən aydakı kimi 15,1 mərtəbə olubdur. Araşdırmalar göstərir ki, martda Bakı şəhərinin bütün rayonlarında qiymət azalması qeydə alınmışdır. Bu göstəricilər Nəsimidə 9,7%, Nizamidə 32,5%, Xətaidə 7,6%, Səbaildə 16,5%, Suraxanıda 10,2%, Sabuncuda 21,4%, Binəqədidə 2,7%, Nərimanovda 17,4%, Yasamalda 12,5% təşkil edib.
|