|
27.01.2010 11:05 |
Qiymət artımı yalnız Qaradağ rayonunda (2.6%) qeydə alınmışdır 2009-cu ilin dekabrında Bakı şəhəri üzrə bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2.6% artıb. Buna baxmayaraq tələbin və buna müvafiq olaraq qiymətlərin azalması ekspozisiya müddətinin artımına təsir göstərib.
Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib. Ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında nisbi qiymət dəyişməsi baş verib. Satış qiymətlərində 0,3%, icarə qiymətlərində isə 0.7% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m. qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) noyabrda qeydə alınan 2998 ABŞ dollarından 2990 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0,2% təşkil edib. Qiymətlər əvvəlki ilin müvafiq dövründə qeydə alınmış nəticədən 10,9 aşağı enib. Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə bütün zonalarda müvafiq olaraq 0.1%, 0.3%, 0.6%, 0.9% qiymət azalması müşahidə edilibdir. Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə qiymət artımı yalnız Qaradağ rayonunda (2.6%) qeydə alınmışdır. Digər rayonlarda orta qiymətlərdə azalma müşahidə olunmuşdur. Ən çox qiymət azalması isə Əzizbəyov rayonunda (1.9%) qeydə alınıb. Dekabrda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2990 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 58,4% paya malikdir. |