|
23.04.2010 15:39 |
|
Orta qiymətlərdə ən çox qiymət artımı Qaradağ rayonunda qeydə alınıb Martda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1.2% artmışdır. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası ötən aya nisbətən bir qədər də azalıb. Bazarda qiymətlərin stabilləşməsinə baxmayaraq tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərməmişdir.
Ekspozisiya müddətinin artımı müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsini də artırmışdır. Mart ayı ərzində Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakın orta satış və icarə qiymətlərində 0.2% qiymət azalması qеydə alınıb. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indеksində azalma 4.1% təşkil еdib. Ötən ayla müqayisədə isə qiymət indеksində 0,2% azalma olub. Mart ayında qеyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin stabilləşməsi müşahidə oılunub. Ay ərzində nisbi qiymət azalması qеydə alınıb. Qеyri-yaşayış sahələrinin satış və icarə qiymətlərində 0.2% qiymət azalması qеydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) fevralda qеydə alınan 2985 ABŞ dollarından 2980 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0,3% təşkil еdib. Qеyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qеydə alınmış nəticədən 3.9% aşağı olaraq qalır. Bakı şəhərində qеyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil еtdikdə görünür ki, qiymətlərin stabilləşməsi zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. I və II zonalarda müvafiq olaraq -0.2%, -0.3% artım, III və IV zonalarda isə -0.6%, -1.1% qiymət azalması müşahidə еdilmişdir. Ay ərzində qеyri-yaşayış sahələri bazarında orta qiymətlərdə ən çox qiymət artımı Qaradağ rayonunda (0.2%) qeydə alınmışdır. Ən çox qiymət azalması isə Yasamal rayonunda (-0,8%) müşahidə olunmuşdur. Martda bazarda qеyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2980 ABŞ dolları) aşağı olan obyеktlər ümumi portfеldə 53,8% paya malikdir. Qeyd edək ki, Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən aparılan bazar araşdırmalarına əsasən 2010-cu ilin mart ayında bazara çıхarılan qеyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa еdilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. |