|
25.06.2010 15:00 |
Satış qiymətində 0.4%, icarə qiymətində isə 0.3% qiymət azalması qeydə alınıb Mayda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 3% azalıbdır. Təklifin azalmasına mövsümlə əlaqədar bazarda dərinləşən passivlik səbəb olmuşdur.
May ayında qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin stabilləşməsi müşahidə oılunub. Ay ərzində nisbi qiymət azalması qeydə alınıb. Qeyri-yaşayış sahələrinin satış qiymətində 0.4%, icarə qiymətində isə 0.3% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) martda qeydə alınan 2970 ABŞ dollarından 2958 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0,4% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 3.1% aşağı olaraq qalır. Bazarda qiymətlərin stabilləşməsinə baxmayaraq tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərməyibdir. Ekspozisiya müddətinin artımı müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsini də artıbdır. Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə qiymətlərin stabilləşməsi zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. I və II zonalarda müvafiq olaraq -0.1% və -0.2%, III və IV zonalarda isə -0.3% və -0.6% qiymət azalması müşahidə edilmişdir Ay ərzində qeyri-yaşayış sahələri bazarında heç bir rayonda orta qiymət artımı baş verməyibdir. Ən çox qiymət azalması isə Sabunçu rayonunda (-0,9%) müşahidə olunub. Mayda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2958 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 54,2% paya malik olmuşdur.
|