|
27.07.2010 13:39 |
|
Cəmiyyətdə kommersiyaya maraq çoxalsa da, kommersiya obyektlərinin qiyməti azalır İyun ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 0.3%, icarə qiymətlərində isə 0.2% qiymət azalması qeydə alınıb. İyunda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 3% azalıbdır.
Bazarda qiymətlərin stabilləşməsinə baxmayaraq tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərməyibdir. Ekspozisiya müddətinin artımı müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsini də artıbdır. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 3.2% təşkil edib. Ötən ayla müqayisədə isə qiymət indeksində 0,4% azalma olub. 2. Təklif portfelinin rayonlar və zonalar üzrə strukturu İyun ayı ərzində təklif 6.5% azalıb. Təklifin azalmasına mövsümlə əlaqədar bazarda dərinləşən passivlik səbəb olmuşdur. İyun ayında bazara təklif olunmuş qeyri-yaşayış sahələrinin seqmentlər üzrə təklif portfelində pay bölgüsü aşağıdakı kimidir. 3. Bazar üzrə orta qiymətlərin təhlili İyun ayında qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi azalması müşahidə oılunub. Qeyri-yaşayış sahələrinin satış qiymətində 0.4%, icarə qiymətində isə 0.3% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) martda qeydə alınan 2958 ABŞ dollarından 2950 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 1.0% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 2.0% aşağı olaraq qalır. Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə qiymətlərin stabilləşməsi zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. I və II zonalarda müvafiq olaraq -0.1% və -0.2%, III və IV zonalarda isə -0.3% və -0.6% qiymət azalması müşahidə edilmişdir .Ay ərzində qeyri-yaşayış sahələri bazarında heç bir rayonda orta qiymət artımı baş verməyibdir. Ən çox qiymət azalması isə Binəqədi rayonunda (-0,8%) müşahidə olunub. İyunda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2950 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 53,4% paya malik olmuşdur. Qeyd üçün deyək ki, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən aparılan bazar araşdırmalarına əsasən 2010-cu ilin iyun ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. |