| Qeyri-yaşayış sahələrinin icarə qiymətlərində 2,3% azalma qeydə alınıb |
| 27.01.2009 15:50 |
|
Dekabrda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 5,1% azalmışdır Dekabr ayında bazara çıхarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası noyabr ayına nisbətən azalıb.Ay ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 2,4%, icarə qiymətlərində isə 2,3% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) noyabrda qeydə alınan 3501 ABŞ dollarından 3417 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə -6,7% təşkil edib. Ilin əvvəli ilə müqayisədə isə qiymətlərdə 23,4%-lik artım var. |
