Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Son bir ildə qeyri-yaşayış sahələrinin qiymətləri 10,1% düşüb
24.04.2009 11:10

1 kv.m qeyri-yaşayış sahəsinin orta satış qiyməti 3278 ABŞ dollarından 3186 dollaradək azalıb
Mart ayında bazara ,çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub.

Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası əvvəlki aya nisbətən azalıb.
Ay ərzində bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 4,4% artmışdır. Qeyri-yaşayış sahələri üzrə aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 3,2% təşkil edib. Buna müfaviq olaraq bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.
Mart ayında qeyri-yaşayış sahələri üzrə satış və icarə bazarında qiymət azalması qeydə alınıb. Qeyri-yaşayış sahələrində orta satış qiyməti 2,8%, icarə bazarında isə 1,9% aşağı düşüb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta satış qiyməti (təklif üzrə) əvvəlki ayda qeydə alınan 3278 ABŞ dollarından 3186 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə -6,8% təşkil edib. Artıq qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 10,1% aşağı enib.
Ay ərzində Qaradağ rayonu istisna olmaqla bütün rayonlarda orta qiymətlərdə azalma müşahidə edilmişdir. Qaradağda kommersiya obyektlərinin orta satış qiyməti 0,2% artmışdır. 
Bazarda 1 kv.m-nin orta qiymətindən (3186 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 60,7% paya malikdir.

 
Banner
Gif версия нашего баннера