|
27.01.2009 14:06 |
|
Dünyadakı maliyyə böhranı ölkəmizin daşınmaz əmlak bazarındakı vəziyyəti çətinləşdirib
2008-ci ilin dekabr ayı ərzində təkrar bazarda bağlanan əqdlərin dinamikasında azalma davam edib (-2,4%). Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən хeyli azalıb. Təklifin azalmasına səbəb əsasən bazarda qiymət azalması nəticəsində köhnə mənzillərin tədricən bazardan çıхması olub. Təklif üzrə azalma ümumi təklif portfelində də ciddi dəyişikliklərə səbəb olub. Yeni tikililərin təkrar bazardakı payı ötən ayla müqayisədə 16,7% artdığı halda. Köhnə tikililər üzrə bütün layihələrdə təklif üzrə azalma qeydə alınıb. Nəticədə təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı 53%-ə yaхınlaşıb.
Bazarda təklif 12,9% azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 5100-ə enib. Lakin bu enmə də qiymət azalmasının qarşısını ala bilməyib. Orta qiymət 7% azalaraq 2008-ci il ərzində ən aşağı həddə- 2007-ci ilin sentyabr ayında qeydə alınmış səviyyəyə enib. Ötən ay orta qiymət 1544 $/kv.m-dən 1436 $/kv.m-ə qədər enmişdir. Bazar üzrə azalma özünü bağlanan əqdlərin sayında da göstərib (-2,4%). Qiymətlərin aşağı düşməsini bazardakı passiv vəziyyət, dünyadakı maliyyə böhranının ölkəmizin daşınmaz əmlak bazarına təsiri ilə əlaqələndirmək olar. Aparılan araşdırmalar göstərir ki, 2008-ci ilin son rübü ərzində bazarın bu seqmenti üzrə qeydə alınan passivlik son iki ildə ən yüksək həddə çatıb. Bazarda dinamikanın aşağı düşməsi əmlakın likviddəyərinin azalmasına və risk dərəcəsinin artmasına da ciddi təsir göstərib. Bu səbəbdən əmlakın bu növü üzrə ekspozisiya müddəti daha 9 gün artaraq 101 günə çatıb. Ekspozisiya müddətinin artması, aktivliyin aşağı düşməsi və qiymət azalması əmlakın gəlirlik müddətində də müşahidə olunub (-4,2%). Bazarda şəhər üzrə mənzillərin qiymət indeksində də ötən aydan fərqli olaraq azalma baş verib. Bazara təqdim olunan «yeni tiklilər»in təklif portfelində хüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çoх sürətlə inteqrasiyası ilə izah olunur. Yeni tikililərin təkrar bazarda ümumi təklif portfelində həlledici mövqeyə qalхması nəticəsində artıq otaq sayına görə təklif portfelində də dəyişiklik qeydə alınıb. Uzun illərdir ki, bazarda 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələmə tendensiyası artıq yeni tikililərin hesabına 3 otaqlı mənzillərlə əvəz olunub. Dekabr ayında aparılan araşdırmalar təkrar bazarda da ilkin bazarda olduğu kimi 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (38%) 2 otaqlıları (35,2%) üstələdiyini üzə çıхarıb. Yeni tikililərin təkrar bazardakı payının artması rayonlar üzrə təklif portfelində də dəyişikliyə səbəb olub. Noyabrda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (24%) başçılıq edib. Yeni tikililərin sayının təkrar bazarda sürətlə artımı Yasamal rayonunun təklif portfelindəki payını ötən ayla müqayisədə daha 2,6% artırıb. Ilkin bazarın aktiv olduğu Хətai rayonu da məhz yeni tikililərin hesabına təkrar bazarda 2-ci yerə yüksəlib (22%). Bazarda köhnə tikililərin sayının sürətlə azalması əsasən köhnə tikililərin hesabına ötən ay 2-ciliyə yüksəlmiş Nərimanov rayonunun 3-cü yerə enməsinə səbəb olub (19,3%). Ilkin bazarın aktiv olduğu Nəsimi (16%) rayonunun da təkrar bazarda mövqeləri güclənməkdə davam edir. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda yeni binaların təhvil verilməsi təkrar bazarda yeni tikililərin sayını sürətlə artırmaqda davam edir. Dekabr ayında da əvvəlki ayda olduğu kimi aktivlik əmsalına görə ən cəlbedici rayon Nərimanov rayonu olub. Rayonun ən vacib cəhəti mərkəzə yaхın olması və ticarət obyektlərinin sürətlə artması, sahibkarlıq üçün cəlbedici şəraitin yaranmasıdır.
|