|
Nəticədə orta qiymətlərdə artım ötən ayla müqayisədə 6,5 % təşkil edib 2009-cu ilin sentyabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 91 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 52,7% təşkil edib.
Ümumilikdə sentyabr ayında araşdırmaya məruz qalan 91 adda məhsuldan 8-i üzrə qiymət azalması, 32-i üzrə qiymət artımı, 51-i üzrə isə stabillik müşahidə edilib. Qiyməti artan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də artım qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə artım avqust ayı ilə müqayisədə 6,5% təşkil edib. Sentyabrda mişar daşı 3,8%, taxta 17,6%, dikt 27,7%, DSP 4,8%, DVP 39,5%, armatur 3,4%, künyə 12,1%, şveller 8,9%, dəmir təbəqə 15,1%, sink təbəqə 8,0%, katinka 6,6%, şifer 15,0%, şüşə 10,3%, izolyasiya 7,1%, bitum 11,1%, yapışqan 20,0% bahalaşıb. Qum 7,4%, çınqıl 3,1%, otsep 20,0%, kafel-metlax yapışdırıcısı 2,9%, kərpic 0,5%, zamaska 0,6%, şüşə pambıq 7,6% ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti sentyabr ayında stabil qalıb. Aparılan araşdırmalar göstərir ki, sentyabrda qiymət artımına baxmayaraq, tələbdə artım müşahidə olunmayıb. Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının orta qiyməti 6,5% artmışdır. Ümumilikdə isə tikinti materiallarının qimtəində ilin əvvəli ilə müqayisədə 1,9% artım, ötən illə müqayisədə isə 36,7% azalma qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 6,5 bənd artaraq, 106,4 səviyyəsində qərarlaşıb. |