|
19.12.2009 14:12 |
Tikinti tempinin aşağı düşməsi mişar daşının qiymətini azaldıb 2009-cu ilin noyabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 53,9% təşkil edib.
Ümumilikdə noyabr ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 32-i üzrə qiymət azalması, 6-ı üzrə qiymət artımı, 51-i üzrə isə stabillik müşahidə edilib. Qiyməti azalan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma oktyabr ayı ilə müqayisədə 2.2% təşkil edib. Noyabrda şüşə 6.0%, lambirin 8.0%, üzlük daş 5.1% bahalaşıb. Mişar daşı 13.5%, qum 8.3%, çınqıl 7.1%, otsep 11.1%, taxta 2.3%, DVP 3.3%, armatur 0.6%, künyə 1.8%, şveller 1.6%, dəmir təbəqə 2.7%, katinka 6.4%, şifer 2.1%, dam örtüyü 0.5%, alçipan 1.8%, izolyasiya 3.4%, tamet 12.5%, profil 9.3% ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti sentyabr ayında stabil qalıb. Noyabr ayında istehsal mallarının ümumi qiymət portfelindəki payı idxalı 3 dəfəyə yaxın üstələmişdir. Aparılan araşdırmalar göstərir ki, noyabrda qiymət azalmasına uyğun olaraq, tələbdə də azalma müşahidə olunub. Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının orta qiyməti 2.2% azalmışdır. Ümumilikdə isə tikinti materiallarının qiymətində ilin əvvəli ilə müqayisədə 23.5%, ötən illə müqayisədə isə 3,7% rtım qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 2.8 bənd azalaraq 129.0 səviyyəsində qərarlaşıb.
|