|
Çünki hər üç məhsulun qiyməti qalxıb 2010-cu ilin iyul ayı üçün aparılan araşdırmalar alıclıq səviyyəsinin aşağı düşməsi nəticəsində tikinti materialları bazarında hələ də alqı-satqı passivliyinin hökm sürdüyünü deməyə əsas verib.
Yerli metal məhsulları arasında künyə, sex armaturunun qiymətində cüzi azalma baş versə də, Ukraynadan idxal edilən sink təbəqə və Rusiyadan gətirilən mismar növlərində artım qeydə alınıb. Ötən ayda Rusiyadan idxal edilən taxta məhsullarında (taxta, dikt, DVP və s.) da xüsusi artım nəzərə çarpıb. İdxalçılar bunu əsasən mövsümlə əlaqədar meşələrdə ağac qırılması ilə yaranan maneələrdə görürlər. Alıcılıq qabiliyyətinin zəif olması mişar daşı istehsal olunan bəzi müəssisələrində passivlik yaradıb qeyd etdiyimiz səbəblərlə bağlı qiymət azalması baş verib. Qeyri-mədən tikinti materialları (qum, çınqıl, otsep) bazarında isə elə bir dəyişiklik hiss edilməyib. Ötən ayla müqayisədə 1 növ (“Lider” kafel-metlax yapışdırıcısı) tikinti materialı iyul ayında tikinti materilları bazarından tamamilə çıxdığından 38 adda 87 növdə inşaat materialının qiymət monitorinqi aparılıb. Yerli bazarda istehsal olunan məhsulların ümumi bazardakı həcmi 54,02% olmaqla 45,98% idxal məhsullarının üzərinə düşüb. Qiymətlər Ümumilikdə iyul ayı üzrə əvvəlki ayla müqayisədə tikinti materiallarının qiymətində 0,48% azalma baş verib. Aşağıdakı cədvəldən də göründüyü kimi, 38 adda tikinti materialından yalnız 8-i üzrə qiymət artımı, 6-sında isə qiymət azalması baş verib. Artım müşahidə edilən materialların siyahısı aşağıdakı kimi olub: Taxta | +7,32 | Künyə | +0,52 | Dikt | +6,10 | Şifer | +1,09 | DVP | +4,17 | Mismar | +5,41 | Sink təbəqə | +1,82 | Katinka | +6,06 | Qiymət aza | ması baş | verən məhsu | llar: | Mişar daşı | -4,96 | Dəmir təbəqə | -1,20 | Armatur | -1,03 | Peneplast | -6,25 | Şveller | -1,34 | Şüşə-pambıq | -9,52 |
Digər tikinti materilları üzrə qiymətlər stabil qalmışdır. İyul ayında ötən rübün müvafiq dövrü ilə nisbətdə qiymət fərqi –3,5%, 2010-cu ilin yanvar ayı ilə müqayisədə isə +15,9% təşkil edib. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 20,2% qiymət artımı müşahidə edilib. Aşağıdakı cədvəldən də göründüyü kimi, yerli istehsal məhsullarının bazardakı ümumi qiymət portfelindəki payı ötən ayla müqayisədə idxal mallarını 3,45 dəfə üstələmişdir. |