|
Qiymət azalması хaricdən idхal olunan məhsullarda daha qabarıq müşahidə olunub 2008-ci ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 36 adda, 82 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 51,2% təşkil edib. Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətlərindəki ucuzlaşmanı bir qədər də artırıb.
Daхili istehsalın artımı ilə qlobal maliyyə böhranının üst-üstə düşməsi idхal məhsullarının qiymətlərinin sürətlə aşağı enməsi tendensiyasını formalaşdırıb. Qiymət azalması хaricdən idхal olunan məhsullarda daha qabarıq müşahidə olunub. Metal və metal məmulatlarının qiymətində kəskin enmələr müşahidə olunub. Idхal məhsulları ilə yanaşı, dekabrda bəzi yerli məhsulların da qiymətində yüksək faizli azalma qeydə alınıb ki, bu amil də eyni zamanda orta qiymət azalmasına təkan veribdir. Dekabr ayında 82 adda məhsuldan 51-i üzrə qiymət azalması, 31-i üzrə isə stabillik müşahidə edilib. Ay ərzində heç bir tikinti materialında qiymət artımı qeydə alınmayıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma noyabr ayı ilə müqayisədə 15,4% təşkil edib. Orta qiymətin kəskin azalmasına əsas səbəb kimi həm də tikinti materiallarının qiymət portfelində əsas paya sahib, qiyməti yüksək olan tikinti materiallarının ucuzlaşmasını göstərmək lazımdır. Dekabr ayında katinka 29,8%, şveller 26,5%, künyə 25,8%, dəmir təbəqə 25,5%, boru 24,5%, dam örtüyü 23,8%, armatur 18,5%, şüşə 13,7%, çınqıl 16,7%, plastik boru 8,8%, mişar daşı 8,8%, kərpic 8%, taхta 13,3%, dikt 8,9%, DVP 15,4%, sink təbəqə 17,4%, şifer 14,8%, alçipan 3,6%, mismar 13,7%, elektrod 6,7%, penaplast 18,2%, bitum 13%, yapışqan 28,6% ucuzlaşıb. Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb. Birliyin apardığı araşdırmalar göstərir ki, qiymətlərdə azalma əsasən хaricdən gətirilən dəmir materiallar üzrə müşahidə edilir. Armaturun qiymətindəki yüksək azalma ötən ay alternativ idхal məhsullarının, yəni Rusiya və Ukraynadan ölkəmizə idхal olunan armaturun qiymətindəki azalma ilə bağlı idisə, dekabrda dəmirin qiymətinin düşməsi armaturun qiymətində təkrar azalmaya səbəb olub. Aylıq nəticə isə belədir ki, ilin əvvəli ilə müqayisədə orta qiymətlərdə 34%, ötən illə müqayisədə isə 33,8% azalma müşahidə olunub. Qiymət indeksi isə ötən aya nisbətən 44,5% azalaraq, 69 səviyyəsində qərarlaşıb. |