Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Mart ayında 33 adda tikinti materialı üzrə qiymət azalması baş verib
21.04.2009 10:12

Sementin qiyməti 1 il 4 ay əvvəlki qiymətdən 33,7% aşağı salınıb
Mart ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 85 ceşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 51,8% təşkil edib. Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətlərindəki ucuzlaşmanı dərinləşdirməkdə davam edib.

Maliyyə böhranının qarşısınin alınması istiqamətindəki  təşəbbüslərin nəticə verməməsi idxal məhsullarının qiymətlərinin sürətlə aşağı enməsi tendensiyası davam edir. Metal və metal məmulatlarının, eyni zamanda ağac məmulatlarının qiymətində azalma davam etməkdədir.
Mart ayında 85 adda məhsuldan 33-ü üzrə qiymət azalması, 1-i üzrə qiymət artımı, 51-i üzrə isə stabillik müşahidə edilib. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma əvvəlki ayla müqayisədə 5,5% təşkil edib.
Yanvarda katinka 5,7%, şveller 9,5%, künyə 7,2%, dəmir təbəqə 4,6%, armatur 4,8%, sink təbəqə 1,1%, elektrod 5,6%, şüşə 3,3%, taxta 15,8%, DSP 5,5%, dikt 1,9%, mismar 7,3%, DVP 16,7%, alkopan 5,6%, üzlük daş 4,5%, cınqıl 9,1%,  laminat-parket 2%, bitum 7%, yapışqan 11,1%, şüşə pambıq 3,8%, sement 33,7% ucuzlaşıb.
Ötən ay sementin qiymətinin ucuzlaşması tikintidə xərclərin azalması və mənzil tikintisində istifadə olunan tikinti materialları üzrə ümumi portfeldə xərc strukturunun dəyişməsi ilə nəticələnmişdir. Araşdırmalar göstərir ki, sementin qiyməti sonuncu dəfə 1il  4 ay əvvəlki qiymətdən 33,7% aşağı salınıb.
Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb.
Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının qiyməti 5,5%, ilin əvvəli ilə müqayisədə 6%, ötən illə müqayisədə isə 46,6% azalmışdır. Qiymət indeksi isə ötən aya nisbətən 5,6 bənd azalaraq, 98,2 səviyyəsində qərarlaşıb.

 
Gif версия нашего баннера
Banner