Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Torpaq bazarı I zonadan uzaqlaşır
12.09.2008 01:02

Şəhərdən kənardakı boş torpaq sahələrinin qiymətlərinqdə sürətli artım müşahidə olunmaqdadır

2008-ci ilin iyul ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını həmişə olduğu kimi boş torpaqlar təşkil edib. Əvvəlki ayda olduğu kimi, iyul ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam edib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, böyük sənaye obyektlərinin şəhərdən kənara çıxarılmasına, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Iyulda da ötən aylarda olduğu kimi iş adamları tərəfindən kommersiya obyektlərinin tikintisi üstünlük təşkil edib ki, bu da əsasən boş torpaqlar hesabına aparılıb.

Iyul ayında bazara təklif olunan ümumi 819 ha torpaq sahəsinin 76,3%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarında qiymət indeksi 14,7 bənd azalaraq 443,9 səviyyəsində qərarlaşıb.

Torpaq bazarının mövsümlə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlara doğru genişlənməsi qiymətlərin düşməsinə səbəb olub. Bununla bağlı, ay ərzində bazarda bağlanan alqı-satqı əqdlərinin sayında azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki ayda olduğu kimi bir qədər də aşağı həddə enib.

Bazarda torpağın ekspazisiya müddəti əvvəlki ayla müqayisədə 3,0% artaraq 172 günə çatmışdır. Yaranmış vəziyyət əsasən şəhərin mərkəzində boş torpaq sahələrinin məhdud səviyyəyə enməsi nəticəsində III və IV zonalarda torpaq sahələrinin bazara real dəyərindən baha təklif olunması və əksər torpaq sahələrinin hüquqi sənədlərinin olmaması ilə bağlıdır.


 

Torpaq bazarında qiymətlər

Iyul ayında Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlər yuxarıda qeyd etdiyimiz amillərlə (Torpaq bazarının mövsümlə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlara doğru genişlənməsi qiymətlərin düşməsinə səbəb olub) bağlı olaraq enmişdir. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti -3,2% düşərək 24865 $/sot (ötən ay 25684 $/sot) səviyyəsinə enib.

«ƏBI» IB-in monitorinq qrupunun araşdırmaları zamanı müəyyən olunub ki, ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpağa tələb mərkəzə nisbətən daha yüksək olub. Qiymət indeksinin azalması da uyğun olaraq ucuz torpaqlar hesabına baş verib. Şəhərin mərkəzində isə torpaq sahələrinin həm qiymətinin həm də təklifin azalması qiymətlərin real dəyərdən yüksək olması ilə izah olunur.


 

Zonalar
Qiymətlər, $/sot
Qrta qiymət dəyişməsi, %
I zona
223934
-0,5
II zona134441
-1,9
III zona
362824,8
IV zona
67909,0


 

Cədvəldən göründüyü kimi, zonalar üzrə müxtəlif səviyyədə qiymət dəyişikliyi qeydə alınıb. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsinə və müvafiq olaraq qiymət azalmasına səbəb olub. Əksinə şəhərdən kənara doğru qiymətlərdə sürətli artım müşahidə olunmaqdadır. Qiymət artımı torpağın gəlirliyinə ciddi təsir göstərməsə də bazarın bu seqmentində ekspazisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib.

Ötən ayla müqayisədə rayonlar üzrə ən çox qiymət artımı Suraxanı (29,5%), ən çox qiymət azalması isə Binəqədi (-12,3%) rayonunda qeydə alınmışdır.




 

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Abşeron və Səbailin mərkəzdən kənar əraziləri (həyət evləri və bağ sahələrinin hesabına), həmçinin Binəqədi (Sənaye obyektlərinin qalıqlarından təmizlənmə hesabına) və Sabunçu (Boş sahələr hesabına) rayonları başçılıq edirlər. Ən passiv rayonlar isə Nəsimi və Qaradağ rayonlarıdır. Şəhərin aktiv zonalarının yerdəyişməsi prosesinin getməsi torpaq sahələrinin qiymət dəyişmələrinin və torpaq üzərində aparılan əməliyyatların tempinə də müxtəlif səviyyədə təsirini göstərir.

Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi yenə də Nərimanov (Atatürk prospekti) rayonunda (400000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (500 $/sot) qeydə alınıb.

«Əmlak Bazarı Iştirakçıları» Ictimai Birliyinin monitorinq qrupu

 
Gif версия нашего баннера
Banner