"Əmlak Bazarı" jurnalının xüsusi buraxılışı olan 69-cu sayı - mənzil interyeri layihələri artıq satışda....      

Xəbərlər - Qısa

Oktyabr ayı üzrə təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/$
Nəsimi bazarı1366
Şərq bazarı1162
Təzə bazar1373
Yasamal bazarı1249
Axundov bağı1865
Zоrgе bаğı1344
Mаlакаn bаğı 2473
S.Vurğun bаğı 1701
Bаdаmdаr qəsəbəsi 1114
Bаyıl qəsəbəsi1104
Bакıхаnоv qəsəbəsi 987
Biləcəri qəsəbəsi 1058
Binə qəsəbəsi 707
Buzоvnа qəsəbəsi 771
Vоrоvsкi qəsəbəsi 1514
Qаrаçuхur qəsəbəsi 940
Dərnəgül qəsəbəsi 818
Zаbrаt qəsəbəsi 698 
Zığ qəsəbəsi 987
Yаsаmаl qəsəbəsi1148
Yеni Yаs. qəsəbəsi 788
Yеni Gün. qəsəbəsi 943 
20-ci sаhə qəsəbəsi 852
Кeşlə qəsəbəsi 1060
К.Günəşli qəsəbəsi 990
Löкbаtаn qəsəbəsi 788
Mоntin qəsəbəsi 1349
Müşfiq qəsəbəsi 611
Rəsulzаdə qəsəbəsi 1100
Sаbunçu qəsəbəsi 997
Sаhil qəsəbəsi 783
Surахаnı qəsəbəsi 995
Хırdаlаn  qəsəbəsi 844
H Аslаnоv qəsəbəsi 830
Hövsаn qəsəbəsi 794
Əhmədli qəsəbəsi 839
Zооpаrк 1440
Bакı кinоtеаtrı 921
Qələbə кinоtеаtrı 1062
Dоstluq кinоtеаtrı 1264
Аzərb. Кinоtеаtrı 2300
Nizаmi кinоtеаtrı 2157
H.Z.Tаğıyеv коmb. 1016
Nеаpоl dаirəsi 900
Uкrаynа dаirəsi 1007
28 Mаy кüçəsi 1691
А.Nеymet. кüçəsi 1328
Bакıхаnоv  кüçəsi 1562
D.Eliyеvа кüçəsi 1391
Z.Bünyаtоv кüçəsi 1033
Z.Хəlilоv кüçəsi 1435
Həsən Əliyеv кüçəsi 1222
Istiqlаliyyet кüçəsi 1937
M.Qаşqаy кüçəsi 1255
M.Hаdi кüçəsi 878
Mеhmаndаrоv кüçəsi 880
N.Tusi кüçəsi 862
Nахçıvаni кüçəsi 1217
Nizаmi кüçəsi 2276
Nizаmi (Tаrqоvı) кüç 2522
R.Bеhbudоv кüçəsi 1817
S.Vurğun кüçəsi 1573
Təbriz кüçəsi 1231
Füzuli кüçəsi 1790
Хaqаni кüçəsi 1964
Ü.Hаcıbəyоv кüçəsi 1451
Şıхlinsкi кüçəsi 960
Z.Əliyеvа кüçəsi 1940
C.Hаcıbəyli кüçəsi 1601
E.Ələкbərоv кüçəsi 1548
Şərifzаdə кüçəsi 1165
20 Yаnvаr mеtrоsu 1282
28 mаy mеtrоsu 1765
Içərişəhər mеtrоsu 1852
Q.Qаrаyеv mеtrоsu 1137
Еlmler Ак. mеtrоsu 1370
İnşааtçılаr mеtrоsu 1202
M.Əcəmi mеtrоsu 1214
Nеftçilər mеtrоsu 1195
Nizаmi mеtrоsu 1464
Nərimаnоv mеtrоsu 1441
Sаhil mеtrоsu 2235
Х.Dоstluğu mеtrоsu 1029
 Хətаi mеtrоsu 1203
 H.Аslаnоv mеtrоsu 920
Gəncliк mеtrоsu 1465
Əhmədli mеtrоsu 1441
1-ci miкrorаyоn 1045
2-ci miкrorаyоn 1011
3-cü miкrorаyоn 1106
4-cü miкrorаyоn 1125
5-ci miкrorаyоn 1081
6-cı miкrorаyоn 1015
7-ci miкrorаyоn 1034
8-ci miкrorаyоn 1223
9-cu miкrorаyоn 1016
İçəri şəhər 2030
Аvrоpа оtеli 1241
Hyyаt Rеgеnsy оtеli 1275
АBŞ səfirliyi 1353
Rusiyа səfirliyi 1400
Аzаdlıq prоspекti 1320
Аzərbаycаn prоspекti 2011
Аtаtürк prоspекti 1353
Bаbəк prоspекti 1160
Bül-Bül prоspекti 2164
Inşааtçılаr  prоspекti 1343
H.Əliyеv prоspекti 1300
Mətbuаt prоspекti 1150
Nеftçilər prоspекti 2033
Nərimаnоv prоspекti 1381
Pаrlаmеnt prоspекti 1853
Tbilisi prоspекti 1200
F.Х.Хоysкi prоspекti 1295
H.Cаvid prоspекti 1445
Gəncə prоspекti 895
Nоbеl prоspекti 790
А.Sultаnоvа hеyкəli 1256
К.Mаrкs hеyкəli 1183
Nərimаnоv hеyкəli 1432
Əzizbəyоv hеyкəli 1549
Аviакаssа 1320
Аznеft 2154
Bеşmərtəbə 1828
MUM 1855
H.Əliyеv аdınа sаrаy 1563
Оlimp mаğаzаsı 1371
Fəvvаrələr mеydаnı 2460
5№-li хəstəхаnа 1280
8-ci кm qəsəbəsi 1113
Cаvаnşir кörpüsü 1322
Nərimаnоv məhkəməsi 1292
Аzdrаmа 1711
Stаtistiка коmitəsi 1450
Tibb univеrsitеti 1364
Rаdiоzаvоd 987
Хəzər univеrmаğı 882
  

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

Mənzil alarkən məlumatı hansı mənbədən almağa üstünlük verirsiniz?
 

Arxiv

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi haqqında

           “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) 2003-cü ilin iyul ayında təsis olunmuş və dekabr ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. İctimai Birlik Azərbaycanda daşınmaz əmlak sahəsində əhatəli və professional fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıdır.
          “Əmlak Bazarı İştirakçıları” İctımai Birliyinin fəaliyyət istiqamətlərinə aşağıdakı sahələr daxildir:
• Əmlak bazarı ilə əlaqədar informasiya, marketinq, treninqlər və məsləhət xidməti;
• Daşınmaz əmlak bazarının və bununla bağlı iqtisadiyyatın digər sahələrinin potensial imkanlarının araşdırılması;
• Bazara çıxarılan əmlakın və bağlanan əqdlərin dinamikasının öyrənilməsi;
• Ərazilər və seqmentlər üzrə qiymətlərin təhlili və proqnozlaşdırılması;
• Əmlakın gəlirliyinin və likvidlik dərəcəsinin təyini;
• Regionlar və iqtisadi rayonlar üzrə tələb və təklifin coğrafiyasının analizi;
• Biznes-planların hazırlanması və texniki-iqtisadi, hüquqi əsaslandırmalar
• İqtisadiyyatın bütün sahələri (bank, maliyyə, uçot, qiymət, təhlil, tənzimləmə, statistika, qiymətli kağızlar, lizinq, əmlak, və əmtəə bazarı və s.) ilə bağlı təhlil işlərinin aparılması, iqtisadi layihələrin hazırlanması, sorğuların, seminarların keçirilməsi;
• Daşınmaz əmlakdan istifadəyə dair məsləhətlər verilməsi;
• Xidmət və keyfiyyət standartlarının təhlili və təkliflərin hazırlanması;
• Əmlak təhlükəsizliyi, regional inkişaf, ətraf mühitin mühafizəsi və sosial təminat kimi müxtəlif sahələrdə prioritetlərin təmin edilməsi üçün əmlak mülkiyyətçilərinin fəaliyyətinin qurulması dair təkliflərin hazırlanması;
          Birliyin əsas məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üzrə, o cümlədən daşınan və daşınmaz əmlak bazarı sahəsində həyata keçirilən islahatları, tətbiq edilən texnologiyaları öyrənmək və onların yayılmasına nail olmaqdır. Həmçinin:
• İqtisadiyyatın makro və mikro problemlərini öyrənmək, təhlil etmək və bu sahədə dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübələrə əsaslanaraq problemlərin elmi əsaslarla nəzəri və praktiki həlli yollarını araşdırmaq;
• Bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinin daha da inkişafına, daxili və xarici investorların cəlb edilməsinə kömək göstərmək;
• Regional əmlak bazarlarının inkişaf etdirilməsi üçün qabaqcıl və mütərəqqi ideyaları öyrənmək, yaymaq, mülkiyyətçi təfəkkürünün formalaşması, ekoloji təmiz əmlak yaradılması üçün maarifləndirmə işi aparmaq, elmi, praktiki materialları nəşr etdirmək, peşə standartlarının hazırlanması və xidmətlər göstərilməsi üzrə məsləhətlər vermək;
• Əmlak bazarı iştirakçılarının – kommersiya qurumlarının, rieltorların, bankirlərin , sığortaçıların, qiymətləndiricilərin, brokerlərin, maliyyə məsləhətçilərinin, hüquqşünaslların, memar və arxitektorların, dizaynerlərin, mühəndis konstruktorların, layihəçilərin və s. ayrı-ayrı layihələrdə birgə iştirakı ilə təkliflər hazırlamaq, tədbirlər həyata keçirmək və s. məsələlər də birliyin əsas məqsədlərinə aiddir.
         Bundan başqa təşkilatın gördüyü işlərin sırası da çox genişdir. Qurum mütəmadi olaraq mühüm dövlət strukturları, əmlak bazarı və iqtisadiyyatla bağlı olan özəl şirkətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, daşınmaz əmlak bazarı ilə bağlı böyük layihələrin icrasını həyata keçirir. Birliyin fəaliyyəti barədə danışarkən aşağıdakıları qeyd etmək lazımdır.
         Qiymət indeksinin hesablanması
 “ƏBİ” İB “Azeri REİ” qiymət indeksinin hesablanmasını, ictimaiyyətə təqdim olunmasını və daim inkişaf etdirilməsini həyata keçirir. Daşınmaz əmlak bazarında “Azeri REİ” qiymət indeksi daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə hər ay üçün hesablanır.
 Kitablar
 Təşkilat daşınmaz əmlak bazarı ilə bağlı bu günə kimi hazırladığı 20-yə yaxın kitabdan 4 ədədini çapdan çıxarıb oxuculara təqdim edib. Həmin kitablarda Bakı şəhərinin və ümumilikdə Azərbaycanın daşınmaz əmlak bazarı ilə bağlı geniş və əhatəli məlumatlar ictimaiyyətə çatdırılıb. Birliyin bu kitablarla yanaşı aşağıdakı nəşrləri mövcuddur.
• “Əmlak Bazarı Terminləri” lüğəti – 2005
• “Daşınmaz Əmlak Bazarı və Rieltor” – 2005
• “Azərbaycanın daşınmaz əmlak bazarı: faktlar, təhlillər” - 2006
• “Regionların İnkişafı, şimal bölgəsi” – 2007
• “İnşaat 2010” Kataloqu
         Bilriyin artıq 5 ilə yaxındır ki, fasiləsiz olaraq yüksək tirajla aylıq mətbu orqanı olan – “Əmlak Bazarı” jurnalı çap olunur. Jurnalda yerli və xarici ölkələrin daşınmaz əmlak bazarı, eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələri ilə baglı məlumatlar, müsahibələr, təhlil və şərhlər dərc olunur. Hər ay daşınmaz əmlak bazarının iştirakçıları olan banklar, sığorta təşkilatları, tikinti şirkətləri, rieltor xidmətləri, qiymətləndərmə təşkilatları və bu istiqamətdə çalışan dövlət təşkilatları aktual mövzularla jurnalda çıxışlar edirlər.
        Bülletenlər
 Aylıq bülletenlər, rüblük, yarımillik və illik məcmuələri də təşkilatın nəşrləri sırasında saymaq olar. Bu bülleten və məcmuələrdə daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə bazarın ümumi tendensiyası və dinamikası araşdırılır və əks olunur.
        KİV-lərdə çıxışlar
        Qurumun ekspertləri mütəmadi olaraq daşınmaz əmlak bazarındakı mövcud vəziyyətlə bağlı KİV - lər vasitəsilə ictimaiyyəti məlumatlandırırlar. KİV-də aparılan monitorinqlər də göstərir ki, hazırda ölkədə daşınmaz əmlak bazarı ilə bağlı KİV-in əmlak bazarı ilə bağlı ən çox müraciət etdiyi təşkilat “ƏBİ” İB-dir.
        Yerli və Beynəlxalq tədbirlər
 “ƏBİ” İB yerli tədbirlərlə yanaşı, beynəlxalq konfranslar da təşkil edir və həmçinin beynəlxalq konfranslarda iştirak edir. 2008-ci ilin mart ayında Birliyin təşkilatçılığı ilə “Ambassador” otelində bazar iştirakçıları üçün təşkil olunmuş 3 günlük seminarda ABŞ-ın Beynəlxalq Mülkiyyət Fondunun əlaqələndiricisi xanım PeggyAnn McConnochie ABŞ-ın daşınmaz əmlak bazarı, Alyaska təcrübəsi barədə tədbir içtirakçılarına mühazirələr oxuyub, məlumatlar verib. 3 gün davam edən seminarda ölkəmizdə fəaliyyət göstərən Rieltor təşkilatlarının, tikinti şirkətlərinin, bir sıra ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 Bundan başqa təşkilatın 2007-ci ilin yekunlarına dair tikinti şirkətləri arasında keçirdiyi müsabiqə respublikada bu zamana qədər tikinti şirkətləri arasında təşkil olunmuş ilk müsabiqə kimi daşınmaz əmlak bazarında çox uğurla qarşılanıb. Tədbirin yekunlarına dair təqdimat mərasimi Park-İnn otelində təşkil olunub və mərasim 5 televiziya daxil olmaqla 30-a yaxın KİV-də ictimaiyyətə təqdim olunub.
         Layihələr
1. ABŞ-ın Daşınmaz Əmlak Bazarı: Alyaska Təcrübəsi (3 ay) -ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
2. Regionlarda Tikinti Materiallarının İstehsal Potensialının və Qiymət Meyllərinin Öyrənilməsi (8 ay) -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
3. Bakı və Sumqayıt şəhərlərində qeyri-yaşayış sahələri bazarının öyrənilməsi (1 ay) -DNS Kompüters MMC
4. Şimal İqtisadi Rayonunun (Quba-Xaçmaz) Cari Vəziyyətinin Öyrənilməsi və İnkişaf Potensialının Müəyyənləşdirilməsi (Regional İnkişaf Proqramı çərçivəsində) (8 ay) -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
5. Bakı şəhərində Əmlak Bazarının Müxtəlif Seqmentlərinin Dövriyyəsinin və Qiymət Meyllərinin və Makroiqtisadi Göstəricilərə Təsirinin Öyrənilməsi (2 ay) -Bakı Banklararası Valyuta Birjası
6. Daşınmaz Əmlak Bazarı İştirakçıları Arasında Marketinq Sorğusu (2 ay) -Bakı Banklararası Valyuta Birjası
7. Bakı şəhərinin Bələdiyyələrinin Gəlirlərində Vergi Daxilolmaları və Bu Daxilolmaların Tərkib Hissəsi kimi Fiziki Şəxslərin Əmlak Vergisinin Öyrənilməsi (2 ay) -Bakı şəhəri Səbail Bələdiyyəsi
8. Azırbaycanda əmlak bazarının inkişafının telekommunikasdiya xidmətlərinə təsirinin öyrənilməsi (8 ay) -AZEUROTEL
9. Gəmi Dizel Yağlarının Bazar Monitorinqi (2 ay) -Xəzər Dəniz Gəmiçiliyi İdarəsi
10. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Bazarı. İmkanlar və Perspektivlər (10 ay) -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
11. “İlin Tikinti Şirkətləri” müsabiqəsinin keçirilməsi (4 ay)- Tikinti fəaliyyəti ilə məşğul olan bir qrup daşınmaz əmlak bazarı iştirakçıları

 
Banner