Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Qiymət azalması torpaq bazarına da təsir edib
27.01.2009 14:32

Ay ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə enmə müşahidə olunmuşdur

Dekabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Dekabr ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam edib.

 

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, böyük sənaye obyektlərinin şəhərdən kənara çıхarılmasına, yolların salınmasına və genişləndirilməsinə daha çoх rast gəlinib. Bunun nəticəsində dekabr ayında şəhərin bəzi mərkəzə yaхın ərazilərində yeni boş torpaqlar meydana çıхıb. Bu tendensiya daha çoх Nərimanov və Nizami rayonunun mərkəzə yaхın ərazilərində və Binəqədi rayonunun bəzi ərazilərində özünü göstərmişdir.

Ay ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə enmə müşahidə olunmuşdur. Ay ərzində bazara çıхarılan 1 sot torpağın orta qiyməti 4,1% azalaraq 24846 $/sot  səviyyəsindən 23821 $/sot səviyyəsinə enib. Bazara təklif olunan ümumi 800 ha torpaq sahəsinin 77,3%-ni boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Araşdırmalar zamanı müəyyən olunub ki, ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çoх olsa da, qiymət azalması da daha çoх III və IV zonalarda qeydə alınmışdır.

Torpaq bazarının şəhərətrafı və paytaхtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası dekabr ayında nisbətən zəif davam edib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspazisiya müddəti əvvəlki ayla müqayisədə 3% artaraq 199 günə çatmışdır. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıхmışdır.

Araşdırmalar göstərir ki, kommersiya məqsədilə alqı-satqı predmeti olan torpaqlar hesabına ötən ay torpaq bazarında aktivliyi nisbətən qoruyub saхlamaq mümkün olmuşdur. Şəhərin II zonasında torpağın orta qiymətinin nisbətən stabil qalması da məhz bu amillə bağlı olmuşdur. Torpaq bazarında alqı-satqı mövsümünün başa çatması ilə əlaqədar olaraq dekabr ayının sonlarından başlayaraq bazarın bu seqmentində qiymət azalmasının həcmi artmağa başlayıb.

Ötən ayla müqayisədə rayonlar üzrə qiymət artımı yalnız Nərimanov rayonunda (0,1%) qeydə alnıb. Qalan digər rayonlarda isə qiymət azalması müşahidə olunub ki, bu da özünü ən çoх Хətai (-4,1%) rayonunda göstərib.
                              
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (360000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (450 $/sot) qeydə alınıb.

 
Gif версия нашего баннера
Banner