Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Şəhərin mərkəzində torpağın qiyməti ucuzlaşır
17.09.2008 17:23

Avqust ayında bazara təklif olunan ümumi 876 ha torpaq sahəsinin 78%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarının mövsümlə əlaqədar olaraq şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası avqust ayının sonlarına doğru nisbətən səngiməyə başlayıb. Bu isə son aylarda baş verən qiymət azalmasının qarşısını alıb. Buna baxmayaraq ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki ayda olduğu kimi üfüqi xətt üzrə hərəkət edib.

Yaranmış vəziyyət əsasən şəhərin mərkəzində boş torpaq sahələrinin məhdud səviyyəyə enməsi nəticəsində III və IV zonalarda torpaq sahələrinin bazara real dəyərindən baha təklif olunması və əksər torpaq sahələrinin hüquqi sənədlərinin olmaması ilə bağlıdır.

Avqust ayında Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə cüzi artımı nəzərə almasaq, demək olar ki, stabil qalmışdır. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1% artaraq 25117 $/sot (ötən ay 24865 $/sot) səviyyəsinə qalxıb.

Ötən ayla müqayisədə rayonlar üzrə ən çox qiymət artımı Qaradağ (20,6%), ən çox qiymət azalması isə Binəqədi (-6,7%) rayonlarında qeydə alınıb.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Abşeron və Səbailin mərkəzdən kənar əraziləri (həyət evləri və bağ sahələrinin hesabına), həmçinin Binəqədi (sənaye obyektlərinin qalıqlarından təmizlənmə hesabına) və Sabunçu (boş sahələr hesabına) rayonları başçılıq edirlər. Ən passiv rayon isə Nəsimi rayonudur. Şəhərin aktiv zonalarının yerdəyişməsi prosesinin getməsi torpaq sahələrinin qiymət dəyişmələrinin və torpaq üzərində aparılan əməliyyatların tempinə də müxtəlif səviyyədə təsirini göstərir.


Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi yenə də Nərimanov (Atatürk prospekti) rayonunda (425000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (660 $/sot) qeydə alınıb.

 
Banner
Gif версия нашего баннера