| Bir neçə aylıq fasilədən sonra tikinti materiallarının orta qiymətində yenə bahalaşma baş verdi |
| 17.09.2008 17:33 |
|
Avqust ayında qum (1 m.kub) 25%, armatur 7,1%, dəmir təbəqə 0,6%, sink təbəqə 0,5%, otsep 4,2%, çınqıl 25%, kafel-metlax yapışdırıcısı 2,2%, profil 6,8% bahalaşıb. Ay ərzində mişar daşı 17,3%, kərpic 20,4%, taxta 1,2%, dikt 3,4%, dam örtüyü 0,3%, alçıpan 17,3%, mismar 8,3%, tamet 11,8%, şüşə-pambıq 5,0% ucuzlaşıb. Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb. Ilin əvvəli ilə müqayisədə orta qiymət artımı 14,3%, keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,6% təşkil edib. Qiymət indeksi isə ötən aya nisbətən 3,4% artaraq, 182,5 səviyyəsində qərarlaşıb. |
2008-ci ilin avqust ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 36 adda, 82 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 45% təşkil edib. Iyul ayında 82 adda məhsuldan 19-u üzrə qiymət azalması, 49-u üzrə stabillik, 16-sı üzrə isə qiymət artımı müşahidə edilib. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlər ötən iyun ayı ilə müqayisədə artım 3,4% təşkil edib.