Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Yaşayış binası inşa edən tikinti şirkətlərinin sayı azalır
17.09.2008 17:44

Avqust ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikilililərin sayı keçən aya nisbətən bir qədər azalaraq 550 ədəd təşkil edib. Ay ərzində 16 ədəd binanın inşa prosesi tamamlanmış, hazırda kommunal və s. işlərin aparılmasına başlanılıb. Bəzi binalarda isə artıq bu işlər də başa çatmaq üzrədir.

Yuxarıda qeyd edilən yeni tikilən binaların inşasını 207 tikinti təşkilatı həyata keçirir. Bu isə onu göstərir ki, getdikcə tikinti şirkətlərinin sayında azalma müşahidə olunur.

Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Nəsimi rayonu 2-ci, Xətai rayonu isə 3-cü pillədəki yerini qorumaqdadır. Bu üç rayonda yeni tikililərin ümumi tikinti portfelindəki payı 66,7% təşkil edir. Sonrakı yerləri isə qalan rayonlar öz aralarında bölüşdürürlər.

Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti əvvəlki ayla müqayisədə 0,8% artaraq 1177,6 $/kv.metrdən 1187 $/kv.metrə çatıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 3,6 bənd artaraq 450,3 bəndində qərarlaşıb.

Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı 119,7 kv.m-dən 119,9 kv.m-ə (0,2%) qədər artıb. Orta blok və mərtəbə göstəricisi keçən aydakı kimi müvafiq olaraq 2,3 blok və 15,1 mərtəbə olmuşdur.

Avqust ayında rayonlar üzrə qiymət artımı aşağıdakı şəkildə olubdur: Sabunçu 12,9%, Nizami 3,5%,Yasamal 4,3%, Xətai 0,6%, Nərimanov 2,4 %, Nəsimi 0,7%. Digər rayonlar üzrə qiymətlərdə sabitlik müşahidə edilib.

Yeni tikililərdə 3 otaqlı mənzillər üstünlük təşkil edir. 5 otaqlı mənzillər əsasən şəhərin 1 zonasının, 1 otaqlı mənzillər isə daha çox 3-cü zonanın payına düşür. Avqust ayında 1 otaqlı mənzillərin orta sahəsi 60,0 (keçən ay 58,6) kv.m, iki otaqlıların 92,8 kv.m, 3 otaqlıların 135,5 kv.m (keçən ay 133,4), 4 otaqlıların 183,2 (keçən ay 180,8) kv.m, 5 otaqlılarınkı isə 234,4 kv.m (keçən ay 257,9) təşkil edib.

1, 3 və 4 otaqlı mənzillərin orta sahəsinin keçən aya nisbətən bir qədər artdığı müəyyən edilib.

5 otaqlı mənzillərdə isə orta sahə ölçüsü keçən aya nisbətən azalıb. 2 otaqlı mənzillər üzrə hər hansı dəyişiklik baş verməyib.

 
Banner
Gif версия нашего баннера