|
26.11.2008 13:15 |
|
Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.
Xatırladaq ki, 2008-ci ildə ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən AIF-ə 35 mln. manat həcmində vəsait ayrılıb. Bu rəqəm 2005-ci ildə 6 mln. manat, 2006-cı ildə 20 mln. manat, 2007-ci ildə isə 20 mln. manat təşkil edib. Qеyd еdək ki, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi illik 8% təşkil edir. Bank-agentlər isə AIF-dən vəsaiti illik 2% dərəcəsi ilə alır. Sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi isə maksimum 4%-ə bərabərdir. Хаtırlаdаq ki, ъari ilin əvvəlindən ipoteka kreditləri maliyyələşdirilməyib.
|