Bakıda fəaliyyət göstərən 150-yə yaxın tikinti şirkəti, layihələri haqqında ətraflı məlumat: "İnşaat-2010" Kataloqu artıq satışda...      

Xəbərlər - Qısa

"Qeydiyyatdan çıxmamaq məsələsi" mülkiyyətçilərə problemlər yaradır

Lakin mülkiyyətçinin hüquqları həmişə əsas götürülür
Daşınmaz əmlak bazarının nöqsanlı məqamlarından biri evlərin alqı-satqısı zamanı yaranan bəzi problemlərdir ki, bu halların qarşısının alınması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində hüquqşünas fikirləri əsasında məqalə hazırlamağı lazım bildik. Toxunacağımız konkret problem çox zaman evin alqı-satqısı başa çatandan sonrakı dövrə təsadüf edir.


 
Həll olunan və həllini gözləyən paytaxt problemləri

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


 
Maliyyə böhranı fors-major hal hesab edilə bilərmi?

Böhran və onun təsirləri tikinti sektorunda

Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.


 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Doing Business" hesabatına münasibəti

«Dоing Businеss» hеsabatında Azərbaycanın daşınmaz əmlak bazarının inkişafı оbyеktiv qiymətləndirilib
Dünya Bankı və Bеynəlхalq Maliyyə Kоrpоrasiyası tərəfindən hazırlanan «Dоing Businеss» hеsabatının nəticələrinə görə Azərbaycan biznеs mühitinin yaхşılaşdırılması sahəsində «Ən islahatçı ölkə» еlan еdilib. Hеsabatın 10 bəndindən 7-si üzrə Azərbaycanda хеyli irəliləyişlər оlduğu qеyd оlunub. Əsasən də ölkəmiz əmlakın qеydiyyatı üzrə 1 il ərzində öz mövqеyini хеyli möhkəmləndirərək 181 ölkə sırasında 9-cu yеrə yüksəlib.


 
Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasına vəsait ayrılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub
 Nazirlər Kabinetinin məlumatınа əsаsən bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ipoteka Fondu (AIF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.


 

"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

2009-cu ilin sonunadək evlərin qiyməti necə dəyişəcək?
 
Həll olunan və həllini gözləyən paytaxt problemləri
21.04.2009 12:04

"Paytaxt problemləri" rubrikası 
Bakı şəhərinin ilbəil inkişaf etdiyini, müasirləşdiyini görməmək mümkün deyil. Lakin eyni zamanda bir sıra irili-xırdalı problemlər də hamının gözü qarşısındadır. Bəzən  çoxlarının diqqətini cəlb etsə də, yalnız təəssüf edərək yanından ötüb keçdikləri nöqsanları üzə çıxarmaq məqsədilə «Əmlak Bazarı» jurnalı olaraq «Paytaxtın problemi» rubrikasını yaratdıq. Ötən dövrdə haqqında yazdığımız bəzi problemlərin həll olunduğunun da şahidi olduq və buna sevindik.


Belə problemlərin mövzuları hələ bitməsə də, bu dəfəki yazımızda ötən müddət ərzində qaldırdığımız məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən hansı tədbirlərin görüldüyünü aydınlaşmağa çalışdıq. Jurnalımızın ilk saylarından oxucusu olmuş şəxslərin yadında olar ki, ilk dəfə söhbət açdığımız mövzu səkilərlə bağlı olub. Son aylar bu problemə ciddi diqqət yetirildiyi və piyadaların hərəkəti üçün səkilərdə xeyli səliqə-səhmanın yaradıldığını müşahidə etmək olur. Həmçinin, səki daşlarının müasir və qiymətli tikinti materiallarından, xüsusən mərmərdən hazırlanması göz oxşayır. Lakin yaxşı olardı ki, bu proses davam etdirilsin və daha geniş əraziləri, yəni şəhərin mərkəzdənkənar  yerlərini də əhatə etsin.
Digər bir məsələ dayanacaqlarla bağlı olub. Hətta «20 yanvar» metrostansiyası yaxınlığında çimərlikdəki soyunub-geyinmə otağına bənzəyən avtobus dayanacağının şəhərimizə bir ləkə olduğunu söyləmişdik. Demək olar ki, hamı təsdiqləyər ki, artıq şəhərimizin ən ucqar yerlərində belə yeni, müasir və göz oxşayan dayanacaqlar qurulub.
Dilsiz-ağızsız heykəllərdən də söhbət açmış, bunların baxımsızlığı, şəxsiyyətlərin ad və soyadlarının kiril əlifbası ilə yazılışının hələ də dəyişdirilməməsi məsələ qaldırmışdır. Bu problem də özününü müsbət həllini tapdı və demək olar ki, paytaxıtda tarixi şəxsiyyətlərin heykəllərinə diqqət artırıldı və həmin heykəllər yerləşdikləri parklarla birlikdə təmir edilib.
Şəhərin bir sıra park və meydanlarında olan fəvvarələrin çox vaxt tullantılarla çirkləndiyi və onların günlərlə təmizlənməsi problemin də artıq həll olunduğunu demək olar.
Təbii ki, bu problemlərin həllini gördükdə sevinməyə bilmirsən, ən azı ona görə ki, hansısa işin müsbət həll olunmasında öz rolunu əyani olaraq görürsən.
Ancaq, indiyə qədər yazdığımız ancaq hələ də həll olunmayan problemlər mövcuddur. Bu problemlər sırasında küçələrimizin təmizlik səviyyəsinin hələ də şəhərimizin adına xələl gətirdiyini qeyd etmək olar. Şəhərin müxtəlif yerlərində zibil qalaqlarının yaranması, küçələrin zibilli olmasının bir səbəbi tullantıları yığan maşınların vaxtı-vaxtında işləməməsi, zibil qutularının azlığı ilə bağlıdırısa, digər tərəfdən vətəndaşların tullantıların idarə olunması sahəsindəki savadsızlığıdır. Ancaq, bu sahədə maarifləndirmə tədbirləri hələ də zəifdir. Bunun üçün isə zibil yeşiklərinin yaxınlığnda və digər yerlərdə müvafiqn maarifləndirici yazı və şəkil plakatların, elənların quraşdırılması təklifimiz hələ reallığa çevrilməyib. Elə bunun səbəbidir ki, dayanacaqlarda qoyulan xırda tullantılar üçün olan zilib yeşiklərinə bəzən evin bütün zilibini tullamaq istəyənlər də olur.
Həll olunmayan problemlər sırasında paytaxtın bir qədər gözdən uzaq küçələrinin hələ də bərbad halda olması, eyni zamanda işıqlandırılmamasıdır. Bu suala cavab tapmaq olarmı ki, Xətai, Sabunçu, Suraxanı, Binəqədi və digər rayonların, həmçinin qəsəbədaxili yollara olan münasibət nə üçün Neftçilər prospektinə, yaxud Rəsul Rza küçəsinə olan münasibətdən fərqlənir? Heç olmasa həmin mərkəzi küçələrin təmizliyini qorumaq naminə qəsəbələrdən avtomobillərin təkərlərinin palçıq içində çıxmasının qarşısını almaq üçün kuçələrin asfaltlanması prosesini tezləşdirmək lazımdır.  
Küçələrdən söz açmışkən qəribəlik və gülünc doğuran küçə adları hələ də mövcuddur və bu istiqamətdə apardığımız təkrar araşdlırmalar zamanı heç bir yeniliyə rast gəlmədik.
 «Tramvay», «Transfarmator», «Stansionnaya», «1-ci Prodolnaya», «Kooperativnaya», 1-ci və 8-ci «Köndələn», «Kəndçi» («Kəndli» də yox, məhz «Kəndçi»), «Kolxoz», «Oktyabr», «Pionerskiy», «Moloçka», «Kollektivnı», «Naqornıy», «Naqornaya», «Kollektivnı», «Privaqzalnı», «Bezimyannaya» adlandırılan küçələr hələ də paytaxtımıza «yaraşıq» verir.
Uşaq meydançalarının olmaması ilə bağlı problemin yaxın perspektivdə həllini gözləməyin çox çətin olduğunu qeyd etmişdik. Hazırda da vəziyyət dəyişməzdir və uşaq meydançalarının ləğvi kütləvi hal alması ilə yanaşı, orada inşa edilən obyektlərin sökülməsi də real görünmür. Bu baxımdan əminlikə demək olar ki, Bakıda uşaqların əylənməsi üçün yetərli şərait yoxdur.
Kanalizasiya lyukları paytaxtda potensial təhlükə mənbəyi kimi qalmaqdadır. Problemi yazandan sonra özümüz də bu halın acınacaqlı nəticəsini gördük. Iş başında Batamdardan Bayıla düşən yamacdakı döngədə avtomobilimizin kanalizasiya lyukuna düşməsi təsadüf olsa da, bir daha bu problemlə qarşılaşan insanların hansı hisslər yaşadığını gördük və bu məsələni vaxında gündəmə gətirməklə öz borcumuzdan çıxdığımızla təsəlli tapdıq. Qeyd edək ki, hələ də şəhərdəki açıq kanalizasiya lyuku hər gün onun üzərindən və yanından keçən minlərlə avtomobil üçün təhlükə mənbəyidlir.
Şəhəri «bəzəyən» divar yazıları ilə bağlı mövzu isə hələ yeni olduğundan ümid edirik ki, yaxın gələcəkdə bu problemin də həllinə diqqət yetiriləcək.

 
Gif версия нашего баннера
Banner